https://sputnik.az/20220427/peskov-avropada-yeni-tehlukesizlik-arxitekturasindan-danismaq-cox-cetindir-441485927.html
Peskov: Avropada yeni təhlükəsizlik arxitekturasından danışmaq çox çətindir
Peskov: Avropada yeni təhlükəsizlik arxitekturasından danışmaq çox çətindir
Sputnik Azərbaycan
Rusiya prezidentinin sözçüsü deyib ki, hər kəsdən ilk növbədə ümumi gələcəyimizi qurmağın siyasi və diplomatik üsullarına dəvət edən konstruktiv ritorika... 27.04.2022, Sputnik Azərbaycan
2022-04-27T16:58+0400
2022-04-27T16:58+0400
2022-04-27T16:58+0400
peskov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya federasiyası
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/40773/44/407734488_0:0:4305:2422_1920x0_80_0_0_6e2663a75f64329fe2d2fc1d8df1686f.jpg
BAKI, 27 aprel — Sputnik. Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrellin hər şeyin döyüş meydanında həll edilməli olduğu barədə bəyanatları fonunda Avropada yeni təhlükəsizlik arxitekturasından danışmaq çətindir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib."Hazırda biz Aİ diplomatiyasının rəhbərinin hər şeyin döyüş meydanında həll edilməsinə dair bəyanatlarını görürük. Təbii ki, bu bəyanatlar fonunda Avropada yeni təhlükəsizlik arxitekturasından danışmaq çox çətindir", - Peskov bildirib."Əlbəttə, biz ilk növbədə hər kəsdən ümumi gələcəyimizi qurmağın siyasi və diplomatik üsullarına dəvət edən konstruktiv ritorika eşitmək istərdik", – Peskov jurnalistlərin Moskvanın Avropa ilə münasibətlərin yenidən qurulması məsələsini həll etməyə hazır olub-olmadığı və təhlükəsizlik zəmanətləri haqqında sualını cavablandırarkən deyib.Daha əvvəl Ukraynada baş verənləri şərh edən Borrell öz “Twitter” səhifəsində yazıb ki, bu müharibəni döyüş meydanında qazanmaq lazımdır.Avropa diplomatiyasının rəhbəri öz postunda Ukraynanın ehtiyaclarına uyğun seçiləcək silahların tədarükü üçün əvvəllər ayrılmış 500 milyon avronu da xatırladıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220420/peskov-rusiya-ukraynaya-muqavile-layihesi-teqdim-edib-441264864.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40773/44/407734488_71:0:4218:3110_1920x0_80_0_0_13e7804a969699ca54276038718f9b4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peskov, rusiya federasiyası, avropa ittifaqı
peskov, rusiya federasiyası, avropa ittifaqı
Peskov: Avropada yeni təhlükəsizlik arxitekturasından danışmaq çox çətindir
Rusiya prezidentinin sözçüsü deyib ki, hər kəsdən ilk növbədə ümumi gələcəyimizi qurmağın siyasi və diplomatik üsullarına dəvət edən konstruktiv ritorika eşitmək istərdik.
BAKI, 27 aprel — Sputnik. Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrellin hər şeyin döyüş meydanında həll edilməli olduğu barədə bəyanatları fonunda Avropada yeni təhlükəsizlik arxitekturasından danışmaq çətindir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hazırda biz Aİ diplomatiyasının rəhbərinin hər şeyin döyüş meydanında həll edilməsinə dair bəyanatlarını görürük. Təbii ki, bu bəyanatlar fonunda Avropada yeni təhlükəsizlik arxitekturasından danışmaq çox çətindir", - Peskov bildirib.
"Əlbəttə, biz ilk növbədə hər kəsdən ümumi gələcəyimizi qurmağın siyasi və diplomatik üsullarına dəvət edən konstruktiv ritorika eşitmək istərdik", – Peskov jurnalistlərin Moskvanın Avropa ilə münasibətlərin yenidən qurulması məsələsini həll etməyə hazır olub-olmadığı və təhlükəsizlik zəmanətləri haqqında sualını cavablandırarkən deyib.
Daha əvvəl Ukraynada baş verənləri şərh edən Borrell öz “Twitter” səhifəsində yazıb ki, bu müharibəni döyüş meydanında qazanmaq lazımdır.
Avropa diplomatiyasının rəhbəri öz postunda Ukraynanın ehtiyaclarına uyğun seçiləcək silahların tədarükü üçün əvvəllər ayrılmış 500 milyon avronu da xatırladıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.