https://sputnik.az/20220506/azeriqazin-8-emekdasi-isden-azad-olundu-441708179.html
"Azəriqaz"ın 8 əməkdaşı işdən azad olundu
"Azəriqaz"ın 8 əməkdaşı işdən azad olundu
Sputnik Azərbaycan
Yanvar-apreldə çəkilən və əsaslı təmir olunan qaz kəmərlərinin əksər hissəsi Abşeron yarımadasının payına düşüb. 06.05.2022, Sputnik Azərbaycan
2022-05-06T14:16+0400
2022-05-06T14:16+0400
2022-05-06T14:16+0400
cəmiyyət
"azəriqaz"
tənbeh
əməkdaş
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494724_0:211:3073:1939_1920x0_80_0_0_d83d13d90f0ed2c7ef1dd0e85c37e933.jpg
BAKI, 6 may — Sputnik. Dörd ayda "Azəriqaz" İstehsalat Birliyi işçilərə 1435 intizam tənbehi verib. Bunlardan 839-u töhmət, 457-si sonuncu xəbərdarlıq, şiddətli töhmət olub. 131 işçinin aylıq əməkhaqqısının 1/4-i tutulub, 8 nəfər isə işdən azad edilib. Təkcə ötən ayda 423 intizam tənbehi verilib.Bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.O, yeni qaz təchizatı, xətlərdəki bərpa işlərindən danışıb, bildirib ki, yanvarda 19 min 919 yeni abonent qeydiyyata alınıb. Onların 18 min 935-i əhali sektoru üzrə olub. Apreldə isə 4 min 457 yeni abonent qeydiyyata alınıb. Onlardan 4 min 287-si əhali qrupuna aid olub. Ümumilikdə, mayın 1-də abonentlərin sayı 2 milyon 461 min 172 olub. Qeyri-əhali sektoru üzrə abonentlərin sayı 37 min 879, əhali sektoru üzrə isə 2 milyon 423 min 293 olub.İllik qazlaşdırma ilə bağlı planlara gəldikdə isə R.Əliyev bildirib ki, 2022-ci ildə 69 kəndin qazlaşdırılması planda var. Hazırda onlardan 32-sində bu işlər davam edir. O qeyd edib ki, hazırda respublika üzrə mənzillərin və fərdi evlərin qazlaşdırılması səviyyəsi isə 96.3 faizdir:"Yanvar-apreldə 201 kilometr yeni xətt çəkilib. Çəkilən 26 kilometr qaz xətti Bakı-Abşeronun payına düşüb. Ümumilikdə 4 ayda əsaslı təmir olunan qaz kəmərləri 32 kilometr olub ki, bunun da 21 kilometri Bakının payına düşüb".Qaz balonları ilə bağlı danışan R.Əliyev bildirib ki, onlar sadəcə olaraq qazdan istifadə qaydaları, müqavilə və digər şərtlərə əməl olunması ilə bağlı reyd aparır, əhali və qeyri-əhali qrupunu maarifləndirirlər: "Artıq bizim xüsusi qruplarımız var ki, daimi olaraq yaşayış məntəqələrində, həmçinin yaşayış olmayan birinci mərtəbədə, ümumilikdə, əhali və qeyri-əhali qrupu ilə maarifləndimə işləri aparır".R.Əliyev digər rəqəmləri açıqlayıb və bildirib ki, cari ilin yanvar-aprel aylarında "Azəriqaz" İstehsalat Birliyi 3 milyard 817 mln. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 321 mln. kubmetr çoxdur.Onun sözlərinə görə, hesabat dövründə qazpaylayıcı şəbəkəyə verilən qazın 2 926 mln. kubmetri əhali, 891 mln. kubmetri isə qeyri-əhali abonent qrupunun payına düşüb.R.Əliyev bildirib ki, hesabat dövründə ümumi qazpaylayıcı şəbəkəsi üzrə itkilərin azalma tempi 88 mln. kubmetr və 3,3 faiz bəndi təşkil edib.Bununla yanaşı, yanvar-aprel aylarında istifadə edilmiş qaz üzrə ödəniş səviyyəsi 98% təşkil edib (əhali – 96%, qeyri-əhali – 101%), bu da illik müqayisədə 13 faiz bəndi çoxdur.O qeyd edib ki, bu ilin yanvar-aprel ayında əhali qrupu üzrə abonentlərin 78,9%-i (1 912 542 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.R.Əliyevin sözlərinə görə, 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 21,1% və ya 510 751 min abonent keçib.O bildirib ki, limitin dəyişməsi ilə bağlı hansısa müraciət yoxdur.Mayın 1-nə olan məlumata görə, "Azəriqaz" üzrə istismarda olan sayğacların sayı (əhali üzrə - red.) 2 423 293 ədəddir, bunların 62,6%-i sonradan ödənişli (mexaniki), 37,4%-i smart-kart tipli cihazlardır.R.Əliyev onu da qeyd edib ki, artıq “Azəriqaz” İstehsalat Birliyinin boru təminatı ilə bağlı problemləri həllini tapıb: “Borularla bağlı müəyyən çətinliklər yaranmışdı. Boru təminatını edən ölkələr əsasən Rusiya və Ukrayna olduğu üçün, bu sahədə bir sıra problemlər var idi”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220422/azeriqaz-1500-dek-senaye-obyektinde-yuzlerle-noqsan-askarlayib--441331860.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494724_0:0:2731:2048_1920x0_80_0_0_38dce8098f2661a17e0d8a0221a8726d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"azəriqaz", tənbeh, əməkdaş
"azəriqaz", tənbeh, əməkdaş
"Azəriqaz"ın 8 əməkdaşı işdən azad olundu
Yanvar-apreldə çəkilən və əsaslı təmir olunan qaz kəmərlərinin əksər hissəsi Abşeron yarımadasının payına düşüb.
BAKI, 6 may — Sputnik. Dörd ayda "Azəriqaz" İstehsalat Birliyi işçilərə 1435 intizam tənbehi verib. Bunlardan 839-u töhmət, 457-si sonuncu xəbərdarlıq, şiddətli töhmət olub. 131 işçinin aylıq əməkhaqqısının 1/4-i tutulub, 8 nəfər isə işdən azad edilib. Təkcə ötən ayda 423 intizam tənbehi verilib.
Bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
O, yeni qaz təchizatı, xətlərdəki bərpa işlərindən danışıb, bildirib ki, yanvarda 19 min 919 yeni abonent qeydiyyata alınıb. Onların 18 min 935-i əhali sektoru üzrə olub. Apreldə isə 4 min 457 yeni abonent qeydiyyata alınıb. Onlardan 4 min 287-si əhali qrupuna aid olub. Ümumilikdə, mayın 1-də abonentlərin sayı 2 milyon 461 min 172 olub. Qeyri-əhali sektoru üzrə abonentlərin sayı 37 min 879, əhali sektoru üzrə isə 2 milyon 423 min 293 olub.
İllik qazlaşdırma ilə bağlı planlara gəldikdə isə R.Əliyev bildirib ki, 2022-ci ildə 69 kəndin qazlaşdırılması planda var. Hazırda onlardan 32-sində bu işlər davam edir. O qeyd edib ki, hazırda respublika üzrə mənzillərin və fərdi evlərin qazlaşdırılması səviyyəsi isə 96.3 faizdir:
"Yanvar-apreldə 201 kilometr yeni xətt çəkilib. Çəkilən 26 kilometr qaz xətti Bakı-Abşeronun payına düşüb. Ümumilikdə 4 ayda əsaslı təmir olunan qaz kəmərləri 32 kilometr olub ki, bunun da 21 kilometri Bakının payına düşüb".
Qaz balonları ilə bağlı danışan R.Əliyev bildirib ki, onlar sadəcə olaraq qazdan istifadə qaydaları, müqavilə və digər şərtlərə əməl olunması ilə bağlı reyd aparır, əhali və qeyri-əhali qrupunu maarifləndirirlər: "Artıq bizim xüsusi qruplarımız var ki, daimi olaraq yaşayış məntəqələrində, həmçinin yaşayış olmayan birinci mərtəbədə, ümumilikdə, əhali və qeyri-əhali qrupu ilə maarifləndimə işləri aparır".
R.Əliyev digər rəqəmləri açıqlayıb və bildirib ki, cari ilin yanvar-aprel aylarında "Azəriqaz" İstehsalat Birliyi 3 milyard 817 mln. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 321 mln. kubmetr çoxdur.
Onun sözlərinə görə, hesabat dövründə qazpaylayıcı şəbəkəyə verilən qazın 2 926 mln. kubmetri əhali, 891 mln. kubmetri isə qeyri-əhali abonent qrupunun payına düşüb.
R.Əliyev bildirib ki, hesabat dövründə ümumi qazpaylayıcı şəbəkəsi üzrə itkilərin azalma tempi 88 mln. kubmetr və 3,3 faiz bəndi təşkil edib.
Bununla yanaşı, yanvar-aprel aylarında istifadə edilmiş qaz üzrə ödəniş səviyyəsi 98% təşkil edib (əhali – 96%, qeyri-əhali – 101%), bu da illik müqayisədə 13 faiz bəndi çoxdur.
O qeyd edib ki, bu ilin yanvar-aprel ayında əhali qrupu üzrə abonentlərin 78,9%-i (1 912 542 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.
R.Əliyevin sözlərinə görə, 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 21,1% və ya 510 751 min abonent keçib.
O bildirib ki, limitin dəyişməsi ilə bağlı hansısa müraciət yoxdur.
Mayın 1-nə olan məlumata görə, "Azəriqaz" üzrə istismarda olan sayğacların sayı (əhali üzrə - red.) 2 423 293 ədəddir, bunların 62,6%-i sonradan ödənişli (mexaniki), 37,4%-i smart-kart tipli cihazlardır.
R.Əliyev onu da qeyd edib ki, artıq “Azəriqaz” İstehsalat Birliyinin boru təminatı ilə bağlı problemləri həllini tapıb: “Borularla bağlı müəyyən çətinliklər yaranmışdı. Boru təminatını edən ölkələr əsasən Rusiya və Ukrayna olduğu üçün, bu sahədə bir sıra problemlər var idi”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.