CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azəriqaz” 1500-dək sənaye obyektində yüzlərlə nöqsan aşkarlayıb

© Sputnik / Murad OrujovBakıda partlayış baş verən gecə klubu
Bakıda partlayış baş verən gecə klubu - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
"Azəristilikəchizat" ASC borcun məbləğini kiçildir, "Azəriqaz" İB isə bir daha xəbərdarlıq edərək qeyd edir ki, onlar həm satdıqları qazın həcmini, həm də qiymətini bilirlər
BAKI, 22 aprel — Sputnik. "Azəriqaz" İstehsalat Birliyi gecə klubundakı partlayışdan sonra 356 nöqsan aşkarlayıb. Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin bu gün jurnalistlər üçün təşkil olunan bifinqində deyilib.
Qeyd olunub ki, Bakıda gecə klubunda baş verən partlayışdan sonra yaranan birgə komissiyanın fəaliyyəti çərçivəsində “Azəriqaz” İstehsalat Birliyinin abonenti olan 1500-dək sənaye obyektinə (qeyri-yaşayış) baxış keçirilib.
Qurumun "Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət" şöbəsinin rəisi İlkin Behbudov bildirib ki, qeyd olunan hallar üzrə qaz təminatı dayandırılıb. Nöqsanlar tikinti norma-qaydalarının və layihə-smeta sənədləri ilə bağlı qaydaların tələblərinin pozuntusu ilə əlaqədardır.
İlkin Behbudov qeyd edib ki, aşkarlanan hallardan 274-ü üzrə qaz sayğacı çıxarılıb, qaz infrastrukturu plomblanıb, digər 82 halda qaz sayğacları saxlanılma şərti ilə qaz infrastrukturu plomblanıb.
İlkin Behbudov bildirib ki, artıq regionlarda da bu istiqamətdə yoxlamalara başlanılıb.
Bundan başqa, Lerik rayonunun qazla təminatı probleminə də aydınlıq gətirilib və bildirilib ki, cari ildə rayonun 7 məntəqəsinin qazlaşdırılması həyata keçiriləcək.
Brifinqdə müəyyən məsələlərə də aydınlıq gətirilib və qeyd edilib ki, 5 ildən artıq istismar olunan qaz sayğaclarının artıq sərfiyyat yazması məsələsi əsassızdır: "Əksinə, müəyyən müddət keçdiyi üçün ola bilər ki, klapanlar tam bağlanmasın. Yaranan bu vəziyyət isə "Azəriqaz" İB-nin zərərinə ola bilər".
Qurumun mətbuat katibi Eldəniz Vəliyev "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin borc məsələsinə aydınlıq gətirib. Bildirib ki, hər il olduğu kimi bu il də qurum mövsümü borcla yekunlaşdırıb: "Qurum bu mövsümü də "Azəriqaz" İB-yə 41 milyon manat borcla başa vurub. Lakin "Azəristilikəchizat" ASC keçirdiyi mətbuat konfransında bu rəqəmin dəfələrlə az olduğunu açıqlayıb. Biz satdığımız qazın həcmini də, qiymətini də bilirik".
E.Vəliyev ümid edir ki, qarşı tərəf bu məsələyə məsuliyyətlə yanaşacaq ki, növbəti mövsümdə hansısa problem yaranmasın:
"Ümid edirik ki, növbəti mövsümdə qurum mənzillərdən tutmuş münasibətlərədək hər şeyə isti yanaşacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0