https://sputnik.az/20220506/almaniyada-rus-neftinden-imtinanin-mumkun-olmadigini-aciqlayiblar-441688068.html
Almaniyada rus neftindən imtinanın mümkün olmadığını açıqlayıblar
Almaniyada rus neftindən imtinanın mümkün olmadığını açıqlayıblar
Sputnik Azərbaycan
Junge Welt nəşrinin yazdığına görə Rusiya neftinə embarqonun tətbiqi Almaniyaya zərər vuracaq. 06.05.2022, Sputnik Azərbaycan
2022-05-06T08:10+0400
2022-05-06T08:10+0400
2022-05-06T10:09+0400
dünya xəbərləri
neft
almaniya
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299031_0:0:3025:1702_1920x0_80_0_0_6fec89037d087eff30426bae7a336b37.jpg
BAKI, 6 may — Sputnik. Rus neftinə embarqonun tətbiqi düşüncəsiz addımdır və təhlükəlidir. Bu barədə Junge Welt nəşri yazıb."Bu qərar, mazut və yanacağın qiymətinin artmasına səbəb olacaq. Norveç və ya ABŞ-dan olan neft isə Rusiya neftindən daha bahadır, üstəlik, infrastruktur da kökündən dəyişməli olacaq", - məqalədə deyilir.Yazı müəllifinin sözlərinə görə, Rusiya neftini böyük endirimlə alan ölkələr, Avropadan fərqli olaraq iqtisadiyyatdakı çətinliklərdən yan keçəcəklər."Ukraynadakı münaqişə gec-tez sona çatacaq, Rusiya neftinə qoyulan embarqo isə əbədi qalacaq", - deyə jurnalist qeyd edir. O, Rusiya neftindən imtina etməməyə çağırır, çünki bu, ilk növbədə Avropa Birliyi ölkələrinə zərər verir.Çərşənbə günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen, antirusiya sanksiyalarının altıncı paketini elan edib. Onun sözlərinə görə, tam neft embarqosunun mərhələli şəkildə tətbiq edilməsi təklif olunub. Bununla yanaşı, Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamerin fikrincə, bu addımı atarkən nəzərə almaq lazımdır ki, bəzi Aİ ölkələri bir sıra səbəblər üzündən Rusiyanın enerji resurslarından daha çox asılıdırlar.Eyni zamanda, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak, Avropa Birliyinin yaxın 5-10 ildə Rusiya neft və qazını tamamilə əvəz edə bilməyəcəyini qeyd edib. Onun fikrincə, neft sahəsinin əsas oyunçuları da bu fikirlə razıdırlar.Ukraynanın denasifikasiyası və demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat başladıqdan sonra Qərb Moskvaya sanksiyalar təzyiqini artırıb. Məhdudlaşdırıcı tədbirlər ilk növbədə bank sektoruna və yüksək texnologiya məhsullarına təsir edib. Bir çox markalar Rusiyanı tərk etdiklərini elan ediblər. Kreml yeni sanksiyaları iqtisadi müharibə adlandırsa da, hadisələrin belə inkişafına hazır olduğunu da qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220413/rusiyadan-gelen-qaza-embarqo-qoyulsa-almaniya-kagizsiz-qalacaq-441074785.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299031_294:0:3025:2048_1920x0_80_0_0_e9342d03b916a38dc86e851867157889.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, almaniya, rusiya
Almaniyada rus neftindən imtinanın mümkün olmadığını açıqlayıblar
08:10 06.05.2022 (Yenilənib: 10:09 06.05.2022) Junge Welt nəşrinin yazdığına görə Rusiya neftinə embarqonun tətbiqi Almaniyaya zərər vuracaq.
BAKI, 6 may — Sputnik. Rus neftinə embarqonun tətbiqi düşüncəsiz addımdır və təhlükəlidir. Bu barədə Junge Welt nəşri yazıb.
"Bu qərar, mazut və yanacağın qiymətinin artmasına səbəb olacaq. Norveç və ya ABŞ-dan olan neft isə Rusiya neftindən daha bahadır, üstəlik, infrastruktur da kökündən dəyişməli olacaq", - məqalədə deyilir.
Yazı müəllifinin sözlərinə görə, Rusiya neftini böyük endirimlə alan ölkələr, Avropadan fərqli olaraq iqtisadiyyatdakı çətinliklərdən yan keçəcəklər.
"Ukraynadakı münaqişə gec-tez sona çatacaq, Rusiya neftinə qoyulan embarqo isə əbədi qalacaq", - deyə jurnalist qeyd edir. O, Rusiya neftindən imtina etməməyə çağırır, çünki bu, ilk növbədə Avropa Birliyi ölkələrinə zərər verir.
Çərşənbə günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen, antirusiya sanksiyalarının altıncı paketini elan edib. Onun sözlərinə görə, tam neft embarqosunun mərhələli şəkildə tətbiq edilməsi təklif olunub. Bununla yanaşı, Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamerin fikrincə, bu addımı atarkən nəzərə almaq lazımdır ki, bəzi Aİ ölkələri bir sıra səbəblər üzündən Rusiyanın enerji resurslarından daha çox asılıdırlar.
Eyni zamanda, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak, Avropa Birliyinin yaxın 5-10 ildə Rusiya neft və qazını tamamilə əvəz edə bilməyəcəyini qeyd edib. Onun fikrincə, neft sahəsinin əsas oyunçuları da bu fikirlə razıdırlar.
Ukraynanın denasifikasiyası və demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat başladıqdan sonra Qərb Moskvaya sanksiyalar təzyiqini artırıb. Məhdudlaşdırıcı tədbirlər ilk növbədə bank sektoruna və yüksək texnologiya məhsullarına təsir edib. Bir çox markalar Rusiyanı tərk etdiklərini elan ediblər. Kreml yeni sanksiyaları iqtisadi müharibə adlandırsa da, hadisələrin belə inkişafına hazır olduğunu da qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.