https://sputnik.az/20220413/rusiyadan-gelen-qaza-embarqo-qoyulsa-almaniya-kagizsiz-qalacaq-441074785.html
Rusiyadan gələn qaza embarqo qoyulsa, Almaniya kağızsız qalacaq
Rusiyadan gələn qaza embarqo qoyulsa, Almaniya kağızsız qalacaq
Sputnik Azərbaycan
"Die Papierindustrie" Assosiasiyasının baş direktoru hesab edir ki, hər il tələb olunan 26 teravatt-saat təbii qazın yalnız 15%-i gələn qışa qədər digər enerji... 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T20:34+0400
2022-04-13T20:34+0400
2022-04-13T20:34+0400
qaz
dünya xəbərləri
almaniya
rusiya
tədarük
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0f/439214299_0:195:3173:1980_1920x0_80_0_0_b2b4801e067d81d5550fce40de1c63c8.jpg
БАКУ, 13 апр — Sputnik. "Die Papierindustrie" sənaye assosiasiyasının baş direktoru Aleksandr fon Raybnits bildirib ki, Ukraynadakı vəziyyət nəticəsində Rusiyadan təbii qaz tədarükünün dayandırılması Almaniyada kağız istehsalına əhəmiyyətli təsir göstərə bilər."Qaz embarqosu faktiki olaraq bütün ölkədə kağız sənayesinin bağlanması demək olar", – deyə Aleksandr fon Raybnits bildirib.O əlavə edib ki, "hadisələrin belə inkişafı qida, dərman üçün qablaşdırma, həmçinin dərman, tibb üçün gigiyenik kağız, evə qulluq vasitələri, çap məhsulları üçün kağız və filtrlərin istehsalına təsir göstərəcək".Almaniyada hazırda hakimiyyətin yeni ekoloji məqsədləri, o cümlədən plastiklərin ləğvi ilə əlaqədar kağız qablaşdırmaya tələbatı artmaqdadır. Zavodlar güclərini artırıb, 2021-ci ildə 23 milyon tondan çox məhsul istehsal edilib.Tullantı kağız idxalı rekord həddə çatıb. Heç bir ölkə Almaniyadan daha çox tullantı kağızı idxal etmir. Sənaye məlumatlarına görə, Avropada hər üçüncü ton tullantı kağız Almaniyada təkrar emal olunur.Təbii qaz 55% payla sənayenin ən vacib yanacağıdır. "Die Papierindustrie" Assosiasiyasının baş direktoru hesab edir ki, hər il tələb olunan 26 teravatt-saat təbii qazın yalnız 15%-i gələn qışa qədər digər enerji mənbələri ilə əvəz edilə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220413/putin-sanksiyalara-gore-layihelerin-icrasini-texire-sala-bilmerik--441068924.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0f/439214299_9:0:2740:2048_1920x0_80_0_0_84943a0b5d88bc9c432837f22b9e2119.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, almaniya, rusiya, tədarük
qaz, almaniya, rusiya, tədarük
Rusiyadan gələn qaza embarqo qoyulsa, Almaniya kağızsız qalacaq
"Die Papierindustrie" Assosiasiyasının baş direktoru hesab edir ki, hər il tələb olunan 26 teravatt-saat təbii qazın yalnız 15%-i gələn qışa qədər digər enerji mənbələri ilə əvəz edilə bilər.
БАКУ, 13 апр — Sputnik. "Die Papierindustrie" sənaye assosiasiyasının baş direktoru Aleksandr fon Raybnits bildirib ki, Ukraynadakı vəziyyət nəticəsində Rusiyadan təbii qaz tədarükünün dayandırılması Almaniyada kağız istehsalına əhəmiyyətli təsir göstərə bilər.
"Qaz embarqosu faktiki olaraq bütün ölkədə kağız sənayesinin bağlanması demək olar", – deyə Aleksandr fon Raybnits bildirib.
O əlavə edib ki, "hadisələrin belə inkişafı qida, dərman üçün qablaşdırma, həmçinin dərman, tibb üçün gigiyenik kağız, evə qulluq vasitələri, çap məhsulları üçün kağız və filtrlərin istehsalına təsir göstərəcək".
Almaniyada hazırda hakimiyyətin yeni ekoloji məqsədləri, o cümlədən plastiklərin ləğvi ilə əlaqədar kağız qablaşdırmaya tələbatı artmaqdadır. Zavodlar güclərini artırıb, 2021-ci ildə 23 milyon tondan çox məhsul istehsal edilib.
Tullantı kağız idxalı rekord həddə çatıb. Heç bir ölkə Almaniyadan daha çox tullantı kağızı idxal etmir. Sənaye məlumatlarına görə, Avropada hər üçüncü ton tullantı kağız Almaniyada təkrar emal olunur.
Təbii qaz 55% payla sənayenin ən vacib yanacağıdır. "Die Papierindustrie" Assosiasiyasının baş direktoru hesab edir ki, hər il tələb olunan 26 teravatt-saat təbii qazın yalnız 15%-i gələn qışa qədər digər enerji mənbələri ilə əvəz edilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.