DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da "Mədəniyyət naminə sülh" fəaliyyət planı imzalanıb

© Photo : REPORTMədəniyyət naziri Anar Kərimov
Mədəniyyət naziri Anar Kərimov - Sputnik Azərbaycan, 1920, 06.05.2022
Abunə olmaq
Nazir qeyd edib ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsi davamlı sülhün qorunması üçün əvəzsizdir. Gerçəkləşən layihə də bu amala xidmət edir.
BAKI, 6 may — Sputnik. BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkil edilən tədbirdə Azərbaycanın, Albaniyanın, Ermənistanın, ABŞ-ın, Pakistanın, İspaniyanın və digər üzv dövlətlərin BMT-dəki Daimi nümayəndələri iştirak ediblər.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib ki, ötən il Azərbaycanın təşəbbüskarlığı ilə başlayan "Mədəniyyət naminə sülh" (Peace4culture) layihəsi ilə bağlı fəaliyyət planı artıq hazırdır. "Mədəniyyət naminə sülh" qlobal çağırışının əsas istiqaməti post münaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir. O, həmçinin vurğulayıb ki, dayanıqlı inkişafa olan töhfələrimiz dayanıqlı sülhdən keçir.
A.Kərimov layihəni dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edərək vurğulayıb ki, dünyamız üçün vacib olan mədəniyyət naminə sülh təşəbbüsümüzün BMT-yə üzv olan ölkələrə töhfəsini verəcəyinə şübhəsi yoxdur.
O söyləyib ki, bu təşəbbüsü BMT-yə üzv olan dövlətlərin dəstəklənməsi olduqca sevindirici haldır. Bundan sonra da layihənin beynəlxalq maraqlı tərəflərin dəstəyini qazanacağını və mədəni sülhün təmin olunmasında beynəlxalq ictimaiyyətə töhfələrini verəcəyini bildirib.
Nazir çıxışında onu da qeyd edib ki, biz mədəniyyət naminə sülhə inanırıq.
Mərasimdə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos "Mədəniyyət naminə sülh" təşəbbüsünə görə Azərbaycana təşəkkür edib. Layihəyə dəstək verən BMT-yə üzv olan dövlətlərin daimi nümayəndələri də çıxışlarında, dünyada sülh çağırışı edən Azərbaycan haqda xoş fikirlərini söyləyiblər.
Sonda Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında "Mədəniyyət naminə sülh" (Peace4culture) qlobal çağırışının mütəşəkkil fəaliyyət planını imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Anar Kərimov - Sputnik Azərbaycan, 1920, 24.11.2021
MƏDƏNİYYƏT
Anar Kərimov: "Nizami Gəncəvi Şərq və Qərb yazarlarının fikir mənbəyi olub"
Xəbər lenti
0