https://sputnik.az/20211124/anar-kerimov-nizami-gencevi-serq-ve-qerb-yazarlarinin-fikir-menbeyi-olub-436614468.html
Anar Kərimov: "Nizami Gəncəvi Şərq və Qərb yazarlarının fikir mənbəyi olub"
Anar Kərimov: "Nizami Gəncəvi Şərq və Qərb yazarlarının fikir mənbəyi olub"
Sputnik Azərbaycan
Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar... 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T11:49+0400
2021-11-24T11:49+0400
2021-11-24T11:49+0400
anar kərimov
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427337204_0:0:3071:1728_1920x0_80_0_0_1858f9e7d3d7cf316048d1447d234cec.jpg
BAKI, 24 noyabr — Sputnik. Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən Nizami Gəncəvi İli çərçivəsində "Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü" mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) başlayıb.Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, Forumda mədəniyyət naziri Anar Kərimov, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Ahmedoviç Nazarbekov və başqaları iştirak edirlər.Həmçinin Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri təmsil olunur.Forumda çıxışı zamanı mədəniyyət naziri Anar Kərimov bildirib ki, Azərbaycan Nizami Gəncəvi dəyərlərinə hər zaman sahib çıxıb.Onun sözlərinə görə, əcdadlardan qalan dəyərlər xalq tərəfindən canlandırılır və davam etdirilir: "Nizami Gəncəvinin ideya dəyərləri həm yerli, həm də Şərq və Qərb yazarlarının fikir mənbəyi olub. Tədqiqatçılar Dante, Şekspir, Höte, Rustavelinin əsərlərində Nizami Gəncəvi təsirini izləyiblər. Biz bu tədbirlə Nizami Gəncəviyə sahib çıxırıq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427337204_0:0:2731:2048_1920x0_80_0_0_1a246eac848dbec2feba414a830fe87e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anar kərimov
Anar Kərimov: "Nizami Gəncəvi Şərq və Qərb yazarlarının fikir mənbəyi olub"
Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri təmsil olunur.
BAKI, 24 noyabr — Sputnik. Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən Nizami Gəncəvi İli çərçivəsində "Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü" mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) başlayıb.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, Forumda mədəniyyət naziri Anar Kərimov, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Ahmedoviç Nazarbekov və başqaları iştirak edirlər.
Həmçinin Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri təmsil olunur.
Forumda çıxışı zamanı mədəniyyət naziri Anar Kərimov bildirib ki, Azərbaycan Nizami Gəncəvi dəyərlərinə hər zaman sahib çıxıb.
Onun sözlərinə görə, əcdadlardan qalan dəyərlər xalq tərəfindən canlandırılır və davam etdirilir: "Nizami Gəncəvinin ideya dəyərləri həm yerli, həm də Şərq və Qərb yazarlarının fikir mənbəyi olub. Tədqiqatçılar Dante, Şekspir, Höte, Rustavelinin əsərlərində Nizami Gəncəvi təsirini izləyiblər. Biz bu tədbirlə Nizami Gəncəviyə sahib çıxırıq".