Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda zavodda qaz balonu partlayıb, qaynaqçı ölüb

© pixabay / SkeezeYanğın
Yanğın - Sputnik Azərbaycan, 1920, 05.05.2022
Abunə olmaq
Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanada dünyasını dəyişib.
BAKI, 5 may — Sputnik. Ötən gün saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Prokurorluğun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, bir neçə gün öncə də Sumqayıtda bədbəxt hadisə baş vermişdi. Belə ki, aprelin 28-də saat 18 radələrində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın başlayıb. Yanğın aprelin 29-da saat 08:24-də söndürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda partlayış baş verən gecə klubunun binası - Sputnik Azərbaycan, 1920, 10.04.2022
PAYTAXT XƏBƏRLƏRİ
Gecə klubunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı dördə yüksəlib - video
Xəbər lenti
0