https://sputnik.az/20220410/gece-klubunda-bas-vermis-partlayis-neticesinde-olenlerin-sayi-dorde-yukselib---video-440975491.html
Gecə klubunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı dördə yüksəlib - video
Gecə klubunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı dördə yüksəlib - video
Sputnik Azərbaycan
Bakının “Location” klubunda baş vermiş partlayış nəticəsində ağır xəsarət almış ofisiant bu gün dünyasını dəyişib. 10.04.2022, Sputnik Azərbaycan
2022-04-10T13:39+0400
2022-04-10T13:39+0400
2022-04-10T16:33+0400
paytaxt xəbərləri
gecə klubu
bakı
partlayış
https://cdnn1.img.sputnik.az/img/07e6/04/03/440761709_0:51:1000:614_1920x0_80_0_0_0a866a5d72b3ae6d29b46f72d37e9f67.jpg
BAKI, 10 aprel - Sputnik. Bakının “Location” klubunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan daha bir vəfat edib. Bu gün klubda ofisiant işləyən Ayxan Feyzullazadə ölub.Beləliklə, hadisə nəticəsində ölənlərin sayı dördə çatıb. İlkin olaraq 37 nəfərin xəsarət aldığı bildirilirdi.Ötən gün isə Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva dünyasını dəyişib. TƏBİB-dən verilən məlumata görə, o, 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.Sözügedən hadisədə ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 2 nəfər vəfat edib.Hazırda tibb müəssisələrində ümumilikdə 12 nəfər müalicə alır. Onlardan 9-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.Baş Prokurorluq da Səbail rayonu ərazisində gecə klubunda baş verən partlayışda xəsarət alan şəxslərdən daha birinin ölməsi faktına münasibət bildirib.Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri - 2001-ci il təvəllüdlü Abdullayev Gülbala Etiqad oğlu xəstəxanada ölüb.Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.Xatırladaq ki, TƏBİB-in tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülüb.Qeyd edək ki, xəsarət alan şəxslərdən ötən gün TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 4 nəfərdən 1-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilirdi. Ümumilikdə stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib.Bakı əyləncə məkanında partlayış 3 aprel tarixində baş verib. İlkin məlumata görə, hadisəyə qaz balonundan sızma səbəb olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/03/440761709_57:0:944:665_1920x0_80_0_0_28296b64f801dd08e7c8a2fbbc27cfb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gecə klubu, bakı, partlayış
gecə klubu, bakı, partlayış
Gecə klubunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı dördə yüksəlib - video
13:39 10.04.2022 (Yenilənib: 16:33 10.04.2022) Bakının “Location” klubunda baş vermiş partlayış nəticəsində ağır xəsarət almış ofisiant bu gün dünyasını dəyişib.
BAKI, 10 aprel - Sputnik. Bakının “Location” klubunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan daha bir vəfat edib. Bu gün klubda ofisiant işləyən Ayxan Feyzullazadə ölub.
Beləliklə, hadisə nəticəsində ölənlərin sayı dördə çatıb. İlkin olaraq 37 nəfərin xəsarət aldığı bildirilirdi.
Ötən gün isə Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva dünyasını dəyişib. TƏBİB-dən verilən məlumata görə, o, 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.
Sözügedən hadisədə ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 2 nəfər vəfat edib.
Hazırda tibb müəssisələrində ümumilikdə 12 nəfər müalicə alır. Onlardan 9-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.
Baş Prokurorluq da Səbail rayonu ərazisində gecə klubunda baş verən partlayışda xəsarət alan şəxslərdən daha birinin ölməsi faktına münasibət bildirib.
Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri - 2001-ci il təvəllüdlü Abdullayev Gülbala Etiqad oğlu xəstəxanada ölüb.
Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.
Xatırladaq ki, TƏBİB-in tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülüb.
Qeyd edək ki, xəsarət alan şəxslərdən ötən gün TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 4 nəfərdən 1-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilirdi. Ümumilikdə stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib.
Bakı əyləncə məkanında partlayış 3 aprel tarixində baş verib. İlkin məlumata görə, hadisəyə qaz balonundan sızma səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.