https://sputnik.az/20220505/oz-evi-uzerinde-mulkiyyet-huququ-olmayan-ehmed-cavadin-ev-muzeyi-yaradilcaqmi-441564109.html
Əhməd Cavadın barelyefi olan binada onun ev muzeyi niyə yoxdur
Əhməd Cavadın barelyefi olan binada onun ev muzeyi niyə yoxdur
Sputnik Azərbaycan
Ədibin ev-muzeyinin yaradılması ilə bağlı təklif Mədəniyyət Nazirliyinə onun nəticəsi tərəfindən təqdim edilib. 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T10:01+0400
2022-05-05T10:01+0400
2022-05-05T10:05+0400
mədəniyyət
mədəniyyət
azərbaycan
"azərbaycan-türk mədəniyyət dərnəyi"
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441269454_0:0:700:395_1920x0_80_0_0_b6b8e9d7236f99acc5f40cd418b37c74.jpg
BAKI, 5 may — Sputnik. Xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr vermiş, Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın anadan olmasından 130 il keçir. Ötən il şairin nəticəsi Cavad Axunzadə şairin ev muzeyi ilə bağlı danışarkən deyib ki, ulu babası Əhməd Cavadın Bakının İstiqlaliyyət küçəsindəki yaşadığı evin qarşısında lövhə var. Həmin küçədə lövhə varsa, orada ev muzeyi də olmalıdır. Axunzadələr ailəsi ümidini bu ilə bağlamışdı. Düşünürdülər ki, bu il ev muzeyi yaradılacaq.Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Mədəniyyət Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan ədəbiyyatına dəyərli töhfələr vermiş Əhməd Cavadın ev-muzeyinin yaradılması ilə bağlı təklif onun nəticəsi tərəfindən Mədəniyyət Nazirliyinə daxil olub. Məsələ ilə bağlı şairin ailəsi ilə əlaqə saxlanılıb. Lakin, onun vaxtilə yaşamış olduğu evlərin heç birinin üzərində ailə üzvlərinin mülkiyyət hüququnun olmadığı müəyyən olunub.Qeyd edək ki, İstiqlal şairimizin 130-cu ildönümünün qeyd olunması barədə Azərbaycan Prezidenti İlham Əliyev 20 aprel 2022-ci il tarixində sərəncam imzalayıb. İmzalanan Sərəncama əsasən, görkəmli şairin yubileyi ilə bağlı elmi-praktik konfransın, elmi seminarların, dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. Hazırlanan tədbirlər planına müvafiq olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən "Meh" ədəbi dərnəyinin təşkilatçılığı ilə ədəbi-bədii gecənin hazırlanması qərara alınıb.Məlumat üçün bildirək ki, Azərbaycan ədəbiyyatının görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavad keçən əsrin 30-cu illərində bütün sovetlər ölkəsini bürüyən, lakin ölkəmizdə misli görünməmiş dərəcəyə çatdırılmış repressiyanın saysız-hesabsız qurbanlarından biri olub. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən məşhur şairi olan Ə.Cavadın şəxsi və sənət taleyi uzun müddət xalqdan gizlədilib. Lakin, zaman keçdikcə mənsub olduğu dövrün sənətkarları arasında öz həqiqi yerini tutmağa, qiymətini almağa başlayır, onun əsərləri toplanıb nəşr olunur, haqqında elmi məqalə və monoqrafiyalar yazılır, orta və ali məktəb dərsliklərində həyat və yaradıcılığı öyrənilir.Əhməd Cavadın 1918–1920-ci illər yaradıcılığı, əsasən azadlıq mövzusuna, ilk Azərbaycan Respublikasının nailiyyətlərinə həsr edilib. "Ey əskər" (1918, Bakı), "İngilis" (1918, Bakı), "Bismillah" (1918, Bakı), "Röyasını görmüşdüm" (1919, Hacıkənd), "Qalx", "Şəhidlərə" (1919, Gəncə), "Bən kiməm" (1919, Gəncə), "Aşiqin dərdi", "Nədən yarandın", "Gəlmə", "Dağlar", "Marş" (1918, 14 avqust), "Türk ordusuna" (1918, Gəncə) "Çırpınırdı Qara dəniz" adlı şeirlər məhz həmin dövrün məhsuludur.Şairin 1918-ci ildə qələmə aldığı şeirlərdən biri də "Bismillah" adlanır. "Bismillah" şeiri 1918-ci ildə, sentyabr ayının 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən tam azad edilməsi münasibəti ilə yazılıb. Əhməd Cavad Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Müsavat partiyasına və Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamanına üzv seçilib. Şairin Milli hökumətin daxili və xarici fəaliyyətində iştirakı üçün 1918-ci ildə ona Gəncə qubernatoru tərəfindən dekabr ayının 22-də xarici pasport da verilib. O, azad surətdə İrana və Türkiyəyə gedib gələ bilərdi. Bu onun AXC-nin rəsmi nümayəndəsi olmasını göstərir.Əhməd Cavad ADR-in Gürcüstanda, Dağıstanda fövqəladə və səlahiyyətli nümayəndəsi kimi diplomatik işlər görüb. Əhməd Cavad sovet dönəmində ilk dəfə 1923-cü ildə həbs olunub, bir neçə ay həbsdə saxlanılıb. Sonuncu dəfə Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda güllələnib.1955-ci ildə SSRİ Ali Məhkəmsinin Hərbi Kollegiyasının nümayəndəsi ədliyyə polkovniki Seninin sədrliyi ilə keçən iclasda Ə.Cavadın cinayət işi ilə əlaqədar qəbul edilmiş 4P-014316 nömrəli xüsusi qərarda cinayət işinin dayandırıldığı qeyd olunub. Həmin qərarda cinayət işinin saxtalaşdırıldığı aşkara çıxıb, həmçinin cinayət işindən bir də o aydın olub ki, şair işgəncə altında ölməyib, o, məhkəmə qərarından sonra güllələnib. Beləliklə, 1955-ci ildə şairə bəraət verilib.Onun həyat yoldaşı Şükriyyə xanım isə "Vətən xaininin ailə üzvü" olduğuna görə Qazaxıstana sürgün edilmişdi.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220420/prezident-dovlet-himnimizin-muellifi-ile-bagli-serencam-verdi-441269846.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441269454_126:0:659:400_1920x0_80_0_0_d09e42aa5c620f66a4d7c22a9db279db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mədəniyyət, azərbaycan, "azərbaycan-türk mədəniyyət dərnəyi"
mədəniyyət, azərbaycan, "azərbaycan-türk mədəniyyət dərnəyi"
Əhməd Cavadın barelyefi olan binada onun ev muzeyi niyə yoxdur
10:01 05.05.2022 (Yenilənib: 10:05 05.05.2022) Ədibin ev-muzeyinin yaradılması ilə bağlı təklif Mədəniyyət Nazirliyinə onun nəticəsi tərəfindən təqdim edilib.
BAKI, 5 may — Sputnik. Xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr vermiş, Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın anadan olmasından 130 il keçir. Ötən il şairin nəticəsi Cavad Axunzadə şairin ev muzeyi ilə bağlı danışarkən deyib ki, ulu babası Əhməd Cavadın Bakının İstiqlaliyyət küçəsindəki yaşadığı evin qarşısında lövhə var. Həmin küçədə lövhə varsa, orada ev muzeyi də olmalıdır. Axunzadələr ailəsi ümidini bu ilə bağlamışdı. Düşünürdülər ki, bu il ev muzeyi yaradılacaq.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Mədəniyyət Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan ədəbiyyatına dəyərli töhfələr vermiş Əhməd Cavadın ev-muzeyinin yaradılması ilə bağlı təklif onun nəticəsi tərəfindən Mədəniyyət Nazirliyinə daxil olub. Məsələ ilə bağlı şairin ailəsi ilə əlaqə saxlanılıb. Lakin, onun vaxtilə yaşamış olduğu evlərin heç birinin üzərində ailə üzvlərinin mülkiyyət hüququnun olmadığı müəyyən olunub.
Qeyd edək ki, İstiqlal şairimizin 130-cu ildönümünün qeyd olunması barədə Azərbaycan Prezidenti İlham Əliyev 20 aprel 2022-ci il tarixində sərəncam imzalayıb. İmzalanan Sərəncama əsasən, görkəmli şairin yubileyi ilə bağlı elmi-praktik konfransın, elmi seminarların, dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. Hazırlanan tədbirlər planına müvafiq olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən "Meh" ədəbi dərnəyinin təşkilatçılığı ilə ədəbi-bədii gecənin hazırlanması qərara alınıb.
Məlumat üçün bildirək ki, Azərbaycan ədəbiyyatının görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavad keçən əsrin 30-cu illərində bütün sovetlər ölkəsini bürüyən, lakin ölkəmizdə misli görünməmiş dərəcəyə çatdırılmış repressiyanın saysız-hesabsız qurbanlarından biri olub. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən məşhur şairi olan Ə.Cavadın şəxsi və sənət taleyi uzun müddət xalqdan gizlədilib. Lakin, zaman keçdikcə mənsub olduğu dövrün sənətkarları arasında öz həqiqi yerini tutmağa, qiymətini almağa başlayır, onun əsərləri toplanıb nəşr olunur, haqqında elmi məqalə və monoqrafiyalar yazılır, orta və ali məktəb dərsliklərində həyat və yaradıcılığı öyrənilir.
Əhməd Cavadın 1918–1920-ci illər yaradıcılığı, əsasən azadlıq mövzusuna, ilk Azərbaycan Respublikasının nailiyyətlərinə həsr edilib. "Ey əskər" (1918, Bakı), "İngilis" (1918, Bakı), "Bismillah" (1918, Bakı), "Röyasını görmüşdüm" (1919, Hacıkənd), "Qalx", "Şəhidlərə" (1919, Gəncə), "Bən kiməm" (1919, Gəncə), "Aşiqin dərdi", "Nədən yarandın", "Gəlmə", "Dağlar", "Marş" (1918, 14 avqust), "Türk ordusuna" (1918, Gəncə) "Çırpınırdı Qara dəniz" adlı şeirlər məhz həmin dövrün məhsuludur.
Şairin 1918-ci ildə qələmə aldığı şeirlərdən biri də "Bismillah" adlanır. "Bismillah" şeiri 1918-ci ildə, sentyabr ayının 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən tam azad edilməsi münasibəti ilə yazılıb.
Əhməd Cavad Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Müsavat partiyasına və Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamanına üzv seçilib. Şairin Milli hökumətin daxili və xarici fəaliyyətində iştirakı üçün 1918-ci ildə ona Gəncə qubernatoru tərəfindən dekabr ayının 22-də xarici pasport da verilib. O, azad surətdə İrana və Türkiyəyə gedib gələ bilərdi. Bu onun AXC-nin rəsmi nümayəndəsi olmasını göstərir.
Əhməd Cavad ADR-in Gürcüstanda, Dağıstanda fövqəladə və səlahiyyətli nümayəndəsi kimi diplomatik işlər görüb.
Əhməd Cavad sovet dönəmində ilk dəfə 1923-cü ildə həbs olunub, bir neçə ay həbsdə saxlanılıb.
Sonuncu dəfə Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda güllələnib.
1955-ci ildə SSRİ Ali Məhkəmsinin Hərbi Kollegiyasının nümayəndəsi ədliyyə polkovniki Seninin sədrliyi ilə keçən iclasda Ə.Cavadın cinayət işi ilə əlaqədar qəbul edilmiş 4P-014316 nömrəli xüsusi qərarda cinayət işinin dayandırıldığı qeyd olunub. Həmin qərarda cinayət işinin saxtalaşdırıldığı aşkara çıxıb, həmçinin cinayət işindən bir də o aydın olub ki, şair işgəncə altında ölməyib, o, məhkəmə qərarından sonra güllələnib. Beləliklə, 1955-ci ildə şairə bəraət verilib.
Onun həyat yoldaşı Şükriyyə xanım isə "Vətən xaininin ailə üzvü" olduğuna görə Qazaxıstana sürgün edilmişdi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.