https://sputnik.az/20220505/mingecevirde-prezident-kuboku-2022-reqatasinin-resmi-paradi-kecirilib-441695062.html
Mingəçevirdə "Prezident kuboku-2022" reqatasının rəsmi paradı keçirilib
Mingəçevirdə "Prezident kuboku-2022" reqatasının rəsmi paradı keçirilib
Sputnik Azərbaycan
Gürcüstan, Moldova, Türkiyə, Özbəkistan və Azərbaycan komandasının yarış iştirakçıları Mingəçevir şəhərində yürüş ediblər. 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T22:34+0400
2022-05-05T22:34+0400
2022-05-05T22:34+0400
prezident
idman
kanoe
mingəçevir
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441694938_0:54:699:447_1920x0_80_0_0_f10118d4bc471cdfb10c28f503f63491.jpg
BAKI, 5 may — Sputnik. İşğaldan azad olunan torpaqlarımızda ilk Beynəlxalq idman yarışı keçiriləcək. Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası məlumat verib.Belə ki, mayın 6-sı və 7-si Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan "Prezident Kuboku-2022" reqatası Tərtər rayonun Suqovuşan qəsəbəsində start götürəcək.Bu gün "Prezident kuboku-2022" reqatasının rəsmi paradı təşkil edilib. Gürcüstan, Moldova, Türkiyə, Özbəkistan və Azərbaycan komandasının yarış iştirakçıları Mingəçevir şəhərində yürüş ediblər.İdmançıları böyük ölçüdə Azərbaycan Respublikasının dövlət bayrağını daşıyan könüllülərdən ibarət dəstə, xüsusi milli geyimdə olan çaparlar Qarabağ atları ilə və üzərində avarçəkmə idman növünün qayıqları olan xüsusi avtomobil müşayiət edib.Yürüşün sonunda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və "Prezident kuboku" reqatasında iştirak edən ölkələrin federasiya rəsmiləri umummilli Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüblər.Turnirin açılış mərasimi və ilk yarış günü Azərbaycanın dilbər guşələrindən olan, işğaldan azad edilən Suqovuşan qəsəbəsində olacaq. Azərbaycanla yanaşı Gürcüstan, Moldova, Türkiyə və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar mayın 6-sı Suqovuşan su anbarında avarçəkmənin kayak və kanoe növündə mübarizə aparacaqlar.Mayın 7-si isə Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441694938_16:0:683:500_1920x0_80_0_0_925af1db2d3a9a0b2d28da64ae575cff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident, kanoe, mingəçevir
prezident, kanoe, mingəçevir
Mingəçevirdə "Prezident kuboku-2022" reqatasının rəsmi paradı keçirilib
Gürcüstan, Moldova, Türkiyə, Özbəkistan və Azərbaycan komandasının yarış iştirakçıları Mingəçevir şəhərində yürüş ediblər.
BAKI, 5 may — Sputnik. İşğaldan azad olunan torpaqlarımızda ilk Beynəlxalq idman yarışı keçiriləcək. Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası məlumat verib.
Belə ki, mayın 6-sı və 7-si Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan "Prezident Kuboku-2022" reqatası Tərtər rayonun Suqovuşan qəsəbəsində start götürəcək.
Bu gün "Prezident kuboku-2022" reqatasının rəsmi paradı təşkil edilib. Gürcüstan, Moldova, Türkiyə, Özbəkistan və Azərbaycan komandasının yarış iştirakçıları Mingəçevir şəhərində yürüş ediblər.
İdmançıları böyük ölçüdə Azərbaycan Respublikasının dövlət bayrağını daşıyan könüllülərdən ibarət dəstə, xüsusi milli geyimdə olan çaparlar Qarabağ atları ilə və üzərində avarçəkmə idman növünün qayıqları olan xüsusi avtomobil müşayiət edib.
Yürüşün sonunda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və "Prezident kuboku" reqatasında iştirak edən ölkələrin federasiya rəsmiləri umummilli Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüblər.
Turnirin açılış mərasimi və ilk yarış günü Azərbaycanın dilbər guşələrindən olan, işğaldan azad edilən Suqovuşan qəsəbəsində olacaq. Azərbaycanla yanaşı Gürcüstan, Moldova, Türkiyə və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar mayın 6-sı Suqovuşan su anbarında avarçəkmənin kayak və kanoe növündə mübarizə aparacaqlar.
Mayın 7-si isə Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.