https://sputnik.az/20220505/kulli-miqdarda-narkotikin-olkeye-kecirilmesinin-qarsisi-alinib-441673665.html
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb
Sputnik Azərbaycan
Bakı və Füzuli rayon sakinləri İranla sərhəddən ölkəyə narkotik vasitə, psixotrop maddə keçirtmək istədi. 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T13:32+0400
2022-05-05T13:32+0400
2022-05-05T13:32+0400
narkotik
hadisə
din
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441673584_0:41:1024:617_1920x0_80_0_0_fa131308d9cd6ef34e999095b5416114.jpg
BAKI, 5 may — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin əməkdaşları tərəfindən 26 kiloqram 989 qram narkotik vasitənin və 520 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qaçaqmalçılığının qarşısı alınıb.DSX-nın xəbərinə görə, may ayının 1-də saat 00:15 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, ərazi qapadılıb.Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əllərində 2 ədəd bağlama olan 2 naməlum şəxsin özlərini şübhəli aparması sərhədçilərin diqqətini cəlb edib. Sərhəd naryadının "Dayan" əmrinə tabe olmayan şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Onların Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Əliyev Emil Paşa oğlu və Füzuli rayon sakini 1997-ci il təvəllüdlü Əhmədova Gülşən Xudat qızı olmaları müəyyənləşdirilib, üzərilərindəki bağlamalara baxış zamanı 26 kiloqram 694 qram narkotik vasitə (1996 qram "tiryək", 3921 qram "heroin", 17790 qram "qurudulmuş marixuana", 2987 qram "metamfetamin") və 20 ədəd psixotrop tərkibli "metadon-40" həbləri aşkar olunaraq götürülüb.May ayının 2-də saat 18:30 radələrində Füzuli rayonunun Yağlıvənd kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olmuşdur. Sərhəd zastavası "Silaha" komandası ilə qaldırılıb, qeyd olunan istiqamətdə hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfərə məxsus izlər aşkarlanıb. Xidməti ərazi dərhal qapadılıb, xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilmiş kompleks qoşun-əməliyyat tədbirləri nəticəsində ərazidə gizlənən Saatlı rayon Dədəqorqud kənd sakini 1988-ci il təvəllüdlü Qədirov Elşən Adil oğlu şübhəli şəxs qismində saxlanılmış, onun üzərinə baxış zamanı gödəkçəsinin içərisində tikilmiş bağlamada 295 qram narkotik vasitə "metamfetamin" və 500 ədəd "metadon-40" psixotrop tərkibli həblər aşkar edilib.Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220110/narkotacir-qohumlardan-11-kiloqramdan-artiq-narkotik-vasite-askarlanaraq-goturulub-438024750.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441673584_1:0:1023:766_1920x0_80_0_0_e136b065ac32df576b5674afad02cdb4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, din
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb
Bakı və Füzuli rayon sakinləri İranla sərhəddən ölkəyə narkotik vasitə, psixotrop maddə keçirtmək istədi.
BAKI, 5 may — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin əməkdaşları tərəfindən 26 kiloqram 989 qram narkotik vasitənin və 520 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qaçaqmalçılığının qarşısı alınıb.
DSX-nın xəbərinə görə, may ayının 1-də saat 00:15 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əllərində 2 ədəd bağlama olan 2 naməlum şəxsin özlərini şübhəli aparması sərhədçilərin diqqətini cəlb edib. Sərhəd naryadının "Dayan" əmrinə tabe olmayan şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Onların Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Əliyev Emil Paşa oğlu və Füzuli rayon sakini 1997-ci il təvəllüdlü Əhmədova Gülşən Xudat qızı olmaları müəyyənləşdirilib, üzərilərindəki bağlamalara baxış zamanı 26 kiloqram 694 qram narkotik vasitə (1996 qram "tiryək", 3921 qram "heroin", 17790 qram "qurudulmuş marixuana", 2987 qram "metamfetamin") və 20 ədəd psixotrop tərkibli "metadon-40" həbləri aşkar olunaraq götürülüb.
May ayının 2-də saat 18:30 radələrində Füzuli rayonunun Yağlıvənd kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olmuşdur. Sərhəd zastavası "Silaha" komandası ilə qaldırılıb, qeyd olunan istiqamətdə hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfərə məxsus izlər aşkarlanıb. Xidməti ərazi dərhal qapadılıb, xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilmiş kompleks qoşun-əməliyyat tədbirləri nəticəsində ərazidə gizlənən Saatlı rayon Dədəqorqud kənd sakini 1988-ci il təvəllüdlü Qədirov Elşən Adil oğlu şübhəli şəxs qismində saxlanılmış, onun üzərinə baxış zamanı gödəkçəsinin içərisində tikilmiş bağlamada 295 qram narkotik vasitə "metamfetamin" və 500 ədəd "metadon-40" psixotrop tərkibli həblər aşkar edilib.
Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.