CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotacir qohumlardan 11 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

© Sputnik / Rahim MuradovSaxlanılan şəxslər
Saxlanılan şəxslər - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Abunə olmaq
Keçirilən digər əməliyyat tədbirləri ilə Vüqar Vahabovun həmin narkotik vasitəni qohumu, Züngüləş kənd sakini Tosif Məmmədovdan əldə etdiyi müəyyən edilib.
BAKI, 10 yanvar — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb. Onlardan ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə və 2 ədəd qanunsuz odlu silah aşkarlanaraq götürülüb.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş isnpektoru polis Baş leytenantı Məhəmməd Rzayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata əsasən Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Astara rayon sakinləri Cahid Hacıağazadə və qohumu Ramal Həmdəmov saxlanılıblar. Keçirilən baxış zamanı C.Hacıağazadənin əlindəki torbadan 7 kiloqram 460 qram narkotik vasitə - qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
© Sputnik / Rahim MuradovSaxlanılan şəxslərdən götürülən narkotik vasitə
Saxlanılan şəxslər - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Saxlanılan şəxslərdən götürülən narkotik vasitə
Araşdırma zamanı C.Hacıağazadənin həmin narkotik vasitəni qohumu, Astara rayon Pəlikeş kənd sakini Vüqar Vahabovdan əldə etdiyi müəyyən edilib və sonuncu polis əməkdaşları tərəfindən saxlanılıb. V.Vahabovun yaşadığı evə keçirilən baxış zamanı oradan 2 kiloqram 230 qram marixuana və 1 ədəd qanunsuz olaraq saxlanığı “Toz” markalı, müvafiq sənədləri olmayan ov silahı və həmin silaha aid 26 ədəd patron aşkarlanaraq götürülüb.
© Sputnik / Rahim MuradovSaxlanılan şəxslərdən götürülən silahlar
Saxlanılan şəxslər - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Saxlanılan şəxslərdən götürülən silahlar
Keçirilən digər əməliyyat tədbirləri ilə Vüqar Vahabovun həmin narkotik vasitəni qohumu, Züngüləş kənd sakini Tosif Məmmədovdan əldə etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan T.Məmmədovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 320 qram marixuana və 1 ədəd qanunsuz olaraq saxladığı, müvafiq sənədləri olmayan “İJ” markalı ov silahı aşkarlanaraq ggötürülüb. Faktlarla bağlı Astara RPŞ-də araşdırmalar davam etdirilir.
Xəbər lenti
0