https://sputnik.az/20220505/azersu-mtk-lara-muraciet-edib-441683462.html
"Azərsu" MTK-lara müraciət edib
"Azərsu" MTK-lara müraciət edib
Sputnik Azərbaycan
İl ərzində 870 anbarın yuyulub təmizlənməsi nəzərdə tutulur. 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T17:14+0400
2022-05-05T17:14+0400
2022-05-05T17:14+0400
azərbaycan xəbərləri
"azərsu" asc
su anbarı
içməli su təchizatı sistemi
https://cdnn1.img.sputnik.az/img/42289/59/422895957_0:0:2049:1153_1920x0_80_0_0_1035580bd86d3428e034254f7ea36476.jpg
BAKI, 5 may — Sputnik. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Mənzil-Tikinti Kooperativlərinə (MTK) müraciət edib.Müraciətdə deyilir ki, MTK-lar su anbarlarının yuyulub təmizlənməsi üçün bu sahədə ixtisaslaşmış təşkilatlara və yaxud "Azərsu"yun yerli sukanal idarələrinə müraciət edə bilər.Anbarların yuyulması tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq kooperativlərin vəsaiti hesabına həyata keçirilir. Yuyulub-təmizləndikdən sonra anbarların istismarına Gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında icazə verilir.Bu ilin yanvar-aprel aylarında "Azərsu" ümumi həcmi 490 min kubmetr olan 305 mərkəzi və məhəllədaxili anbarı yuyaraq təmizləyib və dezinfeksiya edib. Bu ilin sonuna qədər Bakı və Abşeronda, həmçinin regionlarda ümumi həcmi 1 milyon kubmetrdən çox olan 870 anbarın yuyulub təmizlənməsi nəzərdə tutulur.Qeyd edək ki, "Azərsu" ASC-nin balansında olmayan və MTK-lara məxsus su anbarları da ildə ən azı bir dəfə yuyulub təmizlənməlidir. Bununla bağlı MTK rəhbərləri məlumatlandırılır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün anbarların yuyulub-təmizlənməsinin zəruri olduğu onların diqqətinə çatdırılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211229/qarabagda-iki-yeni-su-anbari-tikilecek-437722961.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42289/59/422895957_0:0:1813:1360_1920x0_80_0_0_961c0e22df8dd11cbf25404f84d136cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"azərsu" asc, su anbarı, içməli su təchizatı sistemi
"azərsu" asc, su anbarı, içməli su təchizatı sistemi
"Azərsu" MTK-lara müraciət edib
İl ərzində 870 anbarın yuyulub təmizlənməsi nəzərdə tutulur.
BAKI, 5 may — Sputnik. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Mənzil-Tikinti Kooperativlərinə (MTK) müraciət edib.
Müraciətdə deyilir ki, MTK-lar su anbarlarının yuyulub təmizlənməsi üçün bu sahədə ixtisaslaşmış təşkilatlara və yaxud "Azərsu"yun yerli sukanal idarələrinə müraciət edə bilər.
Anbarların yuyulması tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq kooperativlərin vəsaiti hesabına həyata keçirilir. Yuyulub-təmizləndikdən sonra anbarların istismarına Gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında icazə verilir.
Bu ilin yanvar-aprel aylarında "Azərsu" ümumi həcmi 490 min kubmetr olan 305 mərkəzi və məhəllədaxili anbarı yuyaraq təmizləyib və dezinfeksiya edib. Bu ilin sonuna qədər Bakı və Abşeronda, həmçinin regionlarda ümumi həcmi 1 milyon kubmetrdən çox olan 870 anbarın yuyulub təmizlənməsi nəzərdə tutulur.
Qeyd edək ki, "Azərsu" ASC-nin balansında olmayan və MTK-lara məxsus su anbarları da ildə ən azı bir dəfə yuyulub təmizlənməlidir. Bununla bağlı MTK rəhbərləri məlumatlandırılır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün anbarların yuyulub-təmizlənməsinin zəruri olduğu onların diqqətinə çatdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.