Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Premyer Liqasında rekord

© Sputnik / Murad OrujovFutbol azarkeşləri, arxiv şəkli
Futbol azarkeşləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.05.2022
Abunə olmaq
XXV turun oyunlarını ümumilikdə 5800 azarkeş izləyib.
BAKI, 5 may — Sputnik. Azərbaycan Premyer Liqasında tamaşaçı sayında mövsümün yeni rekordu qeydə alınıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, XXV turun oyunlarını ümumilikdə 5800 azarkeş izləyib.
“Şamaxı” – “Səbail” qarşılaşmasında 2200, “Qarabağ” – “Sabah” matçında 1800 tamaşaçı olub. “Sumqayıt”la “Neftçi”nin duelini 1300, “Zirə” və “Qəbələ” arasında görüşü 500 nəfər seyr edib.
Bu, mövsümün bir tur üçün ən yüksək göstəricisidir. Bunadək rekord III turda qeydə alınmışdı – 4750. XV turu 4550, XXII turu 4150 tamaşaçı seyr edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xan Lənkəran FK - Sputnik Azərbaycan, 1920, 14.02.2022
İDMAN
Kim kimlə oynayacaq? - Futbol həvəskarlarını düşündürən sual
Xəbər lenti
0