https://sputnik.az/20220505/avropa-rusiya-qazina-qadaga-qoyulmasina-hazir-deyil---alfred-stern-441666201.html
Avropa Rusiya qazına qadağa qoyulmasına hazır deyil - Alfred Stern
Avropa Rusiya qazına qadağa qoyulmasına hazır deyil - Alfred Stern
Sputnik Azərbaycan
OMV şirkətinin rəhbəri Alfred Stern Avropaya gələn Rusiya qazına qadağa qoyulmasının sənaye və iqtisadiyyat üçün genişmiqyaslı nəticələri olacağını deyir. 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T11:21+0400
2022-05-05T11:21+0400
2022-05-05T11:21+0400
neft-qaz
rusiya federasiyası
ai
qaz
https://cdnn1.img.sputnik.az/img/42201/91/422019100_0:320:3073:2048_1920x0_80_0_0_b2f6ac5314d6edd1264e99aab7727c10.jpg
BAKI, 5 may — Sputnik. Avropa Rusiyadan qaz tədarükünə qadağa qoyulmasına hazır deyil, nəqlin dayandırılması sənaye və iqtisadiyyata təsir göstərəcək. Bunu OMV şirkətinin rəhbəri Alfred Stern bildirib."Düşünmürəm ki, bu gün biz embarqoya hazırıq. Sadəcə, bunun nəticələrini qəbul etməyə hazır deyilik. Çünki bir şeyi aydın başa düşmək lazımdır: bizim qaz təminatımız Avropadakı öz hasilatımızla deyil, Rusiyanın qaz təchizatı ilə təmin olunur. Biz tədarükə nə qədər töhfə verə biləcəyimizi görmək üçün qaz üzrə işçi qrupu yaratmışıq", - deyə Stern "Kurier" qəzetinə bildirib.OMV rəhbərinin fikrincə, tədarükün dayandırılması sənaye və iqtisadiyyat üçün genişmiqyaslı nəticələr demək olardı. "Əlbəttə, ev təsərrüfatlarını istiliklə təmin edəcək enerji idarəçiliyi qanunu var. Ev təsərrüfatları ildə orta hesabla qazın təxminən 20%-ni istehlak edir, bizə enerji istehsalı üçün təxminən 35%, sənayemiz üçün isə təxminən 40% lazımdır. Bu, artıq tam şəkildə mümkün olmayacaq", - deyə Stern bildirib.O qeyd edib ki, hazırda şirkət Rusiya Federasiyasından sanksiyaların tələblərinə uyğun formada qazın təmini yolları ilə bağlı təklif üzərində işləyir, OMV "düzgün yoldadır, lakin hələ ki, məqsədə çatmayıb".Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya yanacağının Qərb üçün rədd edilməsinin ağır nəticələrini açıqlamışdı. Departament rəhbərinin sözlərinə görə, neft, qaz və kömürə tam embarqo Qərb ölkələrinə Moskvadan daha çox zərbə vura bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220504/qazprom-ukraynadan-tranzit-ucun-muntezem-qaz-tedaruk-edir-441635620.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42201/91/422019100_0:0:2731:2048_1920x0_80_0_0_0ee2d73f00182a52a43673f89280483d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya federasiyası, ai, qaz
rusiya federasiyası, ai, qaz
Avropa Rusiya qazına qadağa qoyulmasına hazır deyil - Alfred Stern
OMV şirkətinin rəhbəri Alfred Stern Avropaya gələn Rusiya qazına qadağa qoyulmasının sənaye və iqtisadiyyat üçün genişmiqyaslı nəticələri olacağını deyir.
BAKI, 5 may — Sputnik. Avropa Rusiyadan qaz tədarükünə qadağa qoyulmasına hazır deyil, nəqlin dayandırılması sənaye və iqtisadiyyata təsir göstərəcək. Bunu OMV şirkətinin rəhbəri Alfred Stern bildirib.
"Düşünmürəm ki, bu gün biz embarqoya hazırıq. Sadəcə, bunun nəticələrini qəbul etməyə hazır deyilik. Çünki bir şeyi aydın başa düşmək lazımdır: bizim qaz təminatımız Avropadakı öz hasilatımızla deyil, Rusiyanın qaz təchizatı ilə təmin olunur. Biz tədarükə nə qədər töhfə verə biləcəyimizi görmək üçün qaz üzrə işçi qrupu yaratmışıq", - deyə Stern "Kurier" qəzetinə bildirib.
OMV rəhbərinin fikrincə, tədarükün dayandırılması sənaye və iqtisadiyyat üçün genişmiqyaslı nəticələr demək olardı. "Əlbəttə, ev təsərrüfatlarını istiliklə təmin edəcək enerji idarəçiliyi qanunu var. Ev təsərrüfatları ildə orta hesabla qazın təxminən 20%-ni istehlak edir, bizə enerji istehsalı üçün təxminən 35%, sənayemiz üçün isə təxminən 40% lazımdır. Bu, artıq tam şəkildə mümkün olmayacaq", - deyə Stern bildirib.
O qeyd edib ki, hazırda şirkət Rusiya Federasiyasından sanksiyaların tələblərinə uyğun formada qazın təmini yolları ilə bağlı təklif üzərində işləyir, OMV "düzgün yoldadır, lakin hələ ki, məqsədə çatmayıb".
Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya yanacağının Qərb üçün rədd edilməsinin ağır nəticələrini açıqlamışdı. Departament rəhbərinin sözlərinə görə, neft, qaz və kömürə tam embarqo Qərb ölkələrinə Moskvadan daha çox zərbə vura bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.