https://sputnik.az/20220504/qazprom-ukraynadan-tranzit-ucun-muntezem-qaz-tedaruk-edir-441635620.html
"Qazprom" Ukraynadan tranzit üçün müntəzəm qaz tədarük edir
"Qazprom" Ukraynadan tranzit üçün müntəzəm qaz tədarük edir
Sputnik Azərbaycan
"Qazprom" Ukrayna ərazisindən tranzit üçün müntəzəm olaraq 98,4 milyon kubmetr qaz tədarük etdiyini açıqlayıb. 04.05.2022, Sputnik Azərbaycan
2022-05-04T15:18+0400
2022-05-04T15:18+0400
2022-05-04T15:18+0400
qazprom
neft-qaz
rusiya federasiyası
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441557200_0:247:3084:1982_1920x0_80_0_0_d7f7d3b65229cd75aa8726de76937a3e.jpg
BAKI, 4 may — Sputnik. "Qazprom" mayın 4-də istehlakçıların müraciətlərinə uyğun olaraq, Ukrayna ərazisindən tranzit üçün müntəzəm olaraq 98,4 milyon kubmetr qaz tədarük edir. Bu barədə məlumatı RİA Novosti-yə şirkət özü verib."Qazprom", mayın 4-nə olan rəqəmlərə əsasən, avropalı istehlakçıların təsdiq edilmiş müraciətlərinə uyğun olaraq, 98,4 milyon kubmetr Rusiya qazını Ukrayna ərazisindən tranzit üçün müntəzəm rejimdə tədarük edir", - məlumatda deyilir."Qazprom"un cari il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 milyard kubmetr və ya gündəlik, təxminən, 109,6 milyon kubmetr təşkil edir.Bununla yanaşı, fevralın sonundan etibarən Rusiya qazının Ukraynadan tranziti siyasi risklər və soyuq hava səbəbindən bu həcmə yaxın bir səviyyədə qalıb. Yalnız mart ayının ortalarında o, təxminən, iki gün müddətində bir qədər azalıb.Eyni zamanda, aprel ayında Avropada havaların istiləşməsi ilə bağlı olaraq tranzit yenidən azalıb. Lakin bu, "qaz vur və ya ödə" prinsipi ilə işləyən tranzit müqaviləsinin pozulmasına dəlalət etmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220410/qazprom-avropaya-qaz-tedaruku-ile-bagli-qerarini-aciqladi-440974619.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441557200_182:0:2913:2048_1920x0_80_0_0_b9071dad67ebe726055a9a5b1bbfd985.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazprom, rusiya federasiyası, ukrayna
qazprom, rusiya federasiyası, ukrayna
"Qazprom" Ukraynadan tranzit üçün müntəzəm qaz tədarük edir
"Qazprom" Ukrayna ərazisindən tranzit üçün müntəzəm olaraq 98,4 milyon kubmetr qaz tədarük etdiyini açıqlayıb.
BAKI, 4 may — Sputnik. "Qazprom" mayın 4-də istehlakçıların müraciətlərinə uyğun olaraq, Ukrayna ərazisindən tranzit üçün müntəzəm olaraq 98,4 milyon kubmetr qaz tədarük edir. Bu barədə məlumatı RİA Novosti-yə şirkət özü verib.
"Qazprom", mayın 4-nə olan rəqəmlərə əsasən, avropalı istehlakçıların təsdiq edilmiş müraciətlərinə uyğun olaraq, 98,4 milyon kubmetr Rusiya qazını Ukrayna ərazisindən tranzit üçün müntəzəm rejimdə tədarük edir", - məlumatda deyilir.
"Qazprom"un cari il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 milyard kubmetr və ya gündəlik, təxminən, 109,6 milyon kubmetr təşkil edir.
Bununla yanaşı, fevralın sonundan etibarən Rusiya qazının Ukraynadan tranziti siyasi risklər və soyuq hava səbəbindən bu həcmə yaxın bir səviyyədə qalıb. Yalnız mart ayının ortalarında o, təxminən, iki gün müddətində bir qədər azalıb.
Eyni zamanda, aprel ayında Avropada havaların istiləşməsi ilə bağlı olaraq tranzit yenidən azalıb. Lakin bu, "qaz vur və ya ödə" prinsipi ilə işləyən tranzit müqaviləsinin pozulmasına dəlalət etmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.