DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada meşələr məhv olur - Təhlükə

© AP Photo / Rodrigo AbdЛесной пожар, фото из архива
Лесной пожар, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
2000-2018-ci illərdə ən böyük meşə yerlərinin itirilməsi Cənubi Amerika və Afrikanın payına düşüb.
BAKI, 4 may — Sputnik. Meşələrin məhv olma sürəti 2000-2010-cu illərlə müqayisədə 2010-2018-ci illərdə təqribən 30 faiz aşağı düşüb.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu günlərdə Seulda keçirilən XV Ümumdünya Meşə Konqresində təqdim olunan məruzəsində deyilir.
Lakin Cənubi Amerikada otlaqların və ya Asiyada şumluq torpaqların genişləndirilməsi kimi amillər ucbatından tropik meşələr hələ də təhlükə ilə üz-üzədir.
Meşəsizləşmənin sürəti 2000-2010-cu illərdə təxminən 29 faiz azalaraq ildə 11 milyon hektardan 2010-2018-ci illər ərzində ildə 7,8 milyon hektara düşüb. 2000-2018-ci illərdə ən böyük meşə yerlərinin itirilməsi Cənubi Amerika (68 milyon hektar) və Afrikanın (49 milyon hektar) payına düşüb.
Qlobal meşəsizləşmənin 90 faizi – 157 milyon hektar tropik meşələrin payına düşür ki, bu da Qərbi Avropa ərazisinə bərabər sahədir.
Ürəkaçan xəbər odur ki, tropik regionlarda meşəsizləşmənin sürəti əhəmiyyətli dərəcədə azalıb - 2000-2010-cu illərdə illik 10,1 milyon hektardan 2010-2018-ci illər ərzində illik 7 milyon hektaradək.
FAO-nun baş direktorunun müavini Mariya Elena Semedo deyib: "Kənd təsərrüfatının dəyişkən inkişafı və torpaqdan istifadənin digər növləri xüsusən də yoxsul ölkələrdə meşələrimizə təzyiq göstərməkdə davam edir. Lakin qarşılıqlı faydalı həll yolları vardır ki, biz meşələri məhv etmədən dünyanı doyurmaq üçün bunlardan istifadə edə bilərik və etməliyik".
Şumluq torpaqların genişləndirilməsi (yağ istehsalı məqsədilə əkilən palma plantasiyaları da daxil olmaqla) meşəsizləşmənin əsas amillərindən (təqribən 50 faiz) birincisidir. İkinci əsas səbəb örüş sahələridir (38,5 faiz).
Tədqiqat göstərir ki, Mərkəzi Amerikanın tropik regionları torpaqdan istifadənin ayrı cür qurulması səbəbindən daha ciddi təhlükə altındadır: Mərkəzi Amerikanın tropik regionlarında meşələrin 30,3 faizi və Mərkəzi Amerikanın tropik meşələrinin 25,2 faizi 2000-2018-ci illərdə məhv olub.
Meşə sahələrinin qlobal illik çoxalmasında bir qədər artım olub - 2000-2010-cu illərdə illik 4,2 milyon hektardan 2010-2018-ci illər ərzində illik 4,7 milyon hektaradək.
Yeni əkilən meşələrin sahəsi 2000-ci ildən 2018-ci ilədək 46 milyon hektar artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Вырубка дерева, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.09.2021
CƏMİYYƏT
İşğal zamanı meşələr kütləvi qırılıb - Nazir müavini
Xəbər lenti
0