Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda on iki yaşlı qız futbolçular arasında turnir keçiriləcək

© Photo : AFFAAzərbaycanın qadınlardan ibarət futbol komandası
Azərbaycanın qadınlardan ibarət futbol komandası  - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
Layihənin əsas məqsədi növbəti mövsüm U-12 Qızlar Liqasının yaradılması və qadın futbolçulardan ibarət milli komandalara futbolçuların hazırlanmasıdır.
BAKI, 4 may — Sputnik. Mayın 7-8-də AFFA-nın təşkilatçılığı ilə Bakıda 12 yaşlı qız futbolçular arasında "Bahar turniri" keçiriləcək.
"Rəvan" futbol klubunun bazasında təşkil olunacaq turnirdə 7 komanda mübarizə aparacaq.
Turnirin ilk günü qrup oyunları (A və B qrupu), növbəti gün isə final mərhələsinin matçları keçiriləcək. Hər komandada 3 nəfər 2010-cu il olmaqla 2011-ci və 2012-ci il təvəllüdlü 7 qız futbolçunun iştirakına icazə verilir. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi ilə təmin olunacaq. İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi növbəti mövsüm U-12 Qızlar Liqasının yaradılması və qadın futbolçulardan ibarət milli komandalara futbolçuların hazırlanmasıdır.
Növbəti aylarda daha 2 regionda (Şimal-Qərb və Qərb) bu layihənin həyata keçirilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xan Lənkəran FK - Sputnik Azərbaycan, 1920, 14.02.2022
İDMAN
Kim kimlə oynayacaq? - Futbol həvəskarlarını düşündürən sual
Xəbər lenti
0