Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda distant təhsil ola bilər

© AFP 2024 / NELSON ALMEIDADistant təhsil
Distant təhsil  - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
Təhsil naziri universitet yataqxanaları ilə bağlı məsələyə də aydınlıq gətirib
BAKI, 4 may — Sputnik. Distant təhsil formasının akkreditasiyadan keçirilməsi üzərində işlənilir.
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, təhsilin bu və ya digər şəkildə tanınması üçün zəruri şərt həmin proqramın akkreditasiya olunmasıdır: "Azərbaycanda hazırda keyfiyyət təminatı almış distant tədris proqramı yoxdur. Distant təhsil tədrisin bir formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisdə Elm və təhsil komitəsi ilə iş aparılır. Yəqin ki, zamanla bu istiqamətdə təhsil sistemi olaraq irəliyə doğru gedəcəyik. Amma heç bir formatda distant təhsilin diplom paylanılması və ya qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Bunu dünya miqyasında qəbul olunmuş standartlar çərçivəsində etməyi düşünürük".
Bakı və qəsəbələrdə problem məktəblərin təmiri yox, şagird sıxlığı ilə əlaqədardır
Bakı və Bakıətrafı qəsəbələrdə ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlərə aydınlıq gətirilib.
Nazir bildirib ki, hazırda Saray qəsəbəsində böyük bir məktəbin inşası bitmək üzrədir.
"Binə qəsəbəsində həm Təhsil Nazirliyinin, həm də Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr çərçivəsində inanıram ki, şagird sıxlığı ilə bağlı problemi əsaslı şəkildə həll edə bilmişik. Orada hələ də 2 məktəbin tikintisi davam edir. Bu da problemin həllinə öz töhfəsini verəcək. Xırdalan şəhərində problemimiz nisbətən ciddidir. Orda da 2 000 nəfərlik məktəbin inşası davam edir və daha bir məktəb binasının da layihələndirmə işlərinə başlamışıq. Bu il Masazır qəsəbəsində də yeni məktəbin tikintisi planlaşdırılıb. Ümumiyyətlə, Bakı və Bakı ətrafı qəsəbələrdə əsas problem məktəblərin təmiri ilə bağlı deyil, şagird sıxlığı ilə əlaqədardır", - deyə nazir qeyd edib.
Nazir universitet yataqxanaları ilə bağlı məsələyə aydınlıq gətirib
Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, universitet yataqxanaları ilə bağlı 2 istiqamətdə iş görülür.
"Birincisi, cari təmir formatında ali təhsil müəssisələri iş görür. Konkret olaraq bu il hansı universitetlərin yataqxanalarının təmirinə başlanılacaq deyə bilməyəcəyəm. Çünki bu, əsasən yay aylarında baş tutur və yataqxanaların bərpası ilə ali təhsil müəssisələri məşğul olur. İkincisi isə, Təhsil Nazirliyinin özünün müxtəlif ali təhsil müəssisələrinə beynəlxalq donor təşkilatları cəlb etməklə, dövlət-özəl partnyorluğu əsasında yataqxanaların yerinin və sayının artırılması istiqamətində iş görürük. İnanıram ki, yaxın vaxtlarda mümkün modellər seçilə bilərsə, bu istiqamətdə işlər davam edəcək", - nazir qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Təhsil Nazirliyi - Sputnik Azərbaycan, 1920, 21.04.2022
TƏHSİL
Təhsil Nazirliyi məktəblərin internetə çıxışını tam təmin etməyib
Xəbər lenti
0