Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəmkirdə avtomobil obyektə çırpılıb, ölən var

© Sputnik / Emin AlisahibTəcili yardım avtomobili, arxiv şəkli
Təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.05.2022
Abunə olmaq
Nəzarət Əliyev avtomobilə nəzarəti itirərək onu yolun kənarındakı obyektə çırpıb.
BAKI, 3 may - Sputnik. Şəmkir rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, hadisə Seyfəli kəndində qeydə alınıb.
"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılması nəticəsində Seyfəli kənd sakini, 1986-cı il təvəllüdlü Nəzarət Əliyev və həmkəndlisi, 1997-ci il təvəllüdlü Elmar Mustafayev ağır xəsarət alıb.
Yaralıların hər ikisi xəstəxanaya çatdırılıb. Lakin N.Əliyevin dünyasını dəyişdiyi məlum olub. E.Mustafayevin vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qəzanın baş verdiyi ərazi - Sputnik Azərbaycan, 1920, 29.03.2022
HADİSƏ
Yol polisi dəhşətli qəza ilə bağlı açıqlama yaydı: ölənlər var
Xəbər lenti
0