https://sputnik.az/20220329/yol-polisi-dehsetli-qeza-ile-bagli-aciqlama-yaydi-olenler-var-440564575.html
Yol polisi dəhşətli qəza ilə bağlı açıqlama yaydı: ölənlər var
Yol polisi dəhşətli qəza ilə bağlı açıqlama yaydı: ölənlər var
Sputnik Azərbaycan
Hadisə zamanı ölən 1 nəfərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib. 29.03.2022, Sputnik Azərbaycan
2022-03-29T17:14+0400
2022-03-29T17:14+0400
2022-03-29T17:37+0400
rəhimova zülfiyyə
hadisə
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440565782_0:0:1280:720_1920x0_80_0_0_5606da0be93611bf4d42594015309a91.jpg
BAKI, 29 mart — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ağstafa rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb. BDYPİ-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir: "Bu gün saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci km-də Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı, 20-EE-929 dövlət qeydiyyat nişanlı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi "Volvo" markalı, 99-JZ-335 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - Ağstafa rayon sakinləri 1961-ci il təvəllüdlü Məmmədova Familə Fərman qızı, 1966-cı il təvəllüdlü Əliyeva Mirvari Mikayıl qızı və paytaxt sakini 1962-ci il təvəllüdlü Nağıyev Mayıl Hüseyn hadisə yerində ölüb, sürücü Vüsal Həsənov isə xəsarət alıb". Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.***Bakı-Qazax magistralında baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 4-ə çatıb.Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə yerinə Ağstafada rayonunda 2, Qazax rayonundan 1, 113 Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə 1 "təcili yardım" avtomobili cəlb olunub.İlkin məlumatlara görə, yol qəzasında xəsarət alanlardan 3-ü Ağstafa, 1-i isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bundan başqa hadisə zamanı ölən 1 nəfərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.Faktla bağlı araşdırmalar davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440565782_160:0:1120:720_1920x0_80_0_0_8d78c41bf287b2fc74d858814feff3c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
rəhimova zülfiyyə
Yol polisi dəhşətli qəza ilə bağlı açıqlama yaydı: ölənlər var
17:14 29.03.2022 (Yenilənib: 17:37 29.03.2022) Hadisə zamanı ölən 1 nəfərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
BAKI, 29 mart — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ağstafa rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.
BDYPİ-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir:
"Bu gün saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci km-də Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı, 20-EE-929 dövlət qeydiyyat nişanlı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi "Volvo" markalı, 99-JZ-335 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - Ağstafa rayon sakinləri 1961-ci il təvəllüdlü Məmmədova Familə Fərman qızı, 1966-cı il təvəllüdlü Əliyeva Mirvari Mikayıl qızı və paytaxt sakini 1962-ci il təvəllüdlü Nağıyev Mayıl Hüseyn hadisə yerində ölüb, sürücü Vüsal Həsənov isə xəsarət alıb".
Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.
Bakı-Qazax magistralında baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 4-ə çatıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə yerinə Ağstafada rayonunda 2, Qazax rayonundan 1, 113 Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə 1 "təcili yardım" avtomobili cəlb olunub.
İlkin məlumatlara görə, yol qəzasında xəsarət alanlardan 3-ü Ağstafa, 1-i isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bundan başqa hadisə zamanı ölən 1 nəfərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.