Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurban Qurbanov: "Hisslərimi sözlə ifadə edə bilmirəm"

© Sputnik / Murad OrujovQarabağ"ın baş məşqçisi Qurban Qurbanov
Qarabağın baş məşqçisi Qurban Qurbanov - Sputnik Azərbaycan, 1920, 03.05.2022
Abunə olmaq
Ağdamın "Qarabağ" klubu növbəti dəfə Azərbaycan birincliyinin qalibi olub.
BAKI, 3 may - Sputnik. "Hisslərimi sözlə ifadə edə bilmirəm. Sevincliyik".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında çempion olmaları barədə deyib.
50 yaşlı mütəxəssis Ağdam təmsilçisinin cari mövsüm titula layiq olduğunu bildirib: "İlk oyundan bu günədək eyni templə və istəklə davam etdik. Bu, mənim üçün çox vacib idi. Azarkeşlərimizi də çempionluq münasibəti ilə təbrik edirəm. Xoşbəxtəm. Hər şey əladır".
"Qarabağ" futbol klubu Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümün qalibi olub.
"Köhlən atlar" XXV turda evdə "Sabah"la 1:1 hesablı heç-heçə edərək, sona 3 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirib.
"Qarabağ" bu göstəricidə "Neftçi"yə çatıb.
Bu, həmçinin, Ağdam klubunun Qurban Qurbanovun rəhbərliyi altında 8-ci çempionluğudur.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl 1993-cü ildə, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020 mövsümlərində qızıl medallara sahib çıxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0