Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Cüdoçumuz Avropa çempionatının qalibi olub

© Photo : International Judo Federation / Di Feliciantonio EmanueleHidayət Heydərov, arxiv şəkli
Hidayət Heydərov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.04.2022
Abunə olmaq
Aprelin 29-da start götürən qitə birinciliyində iştirak üçün yığma komandanın heyətinə 11 tatami ustası daxil olub.
BAKI, 30 aprel - Sputnik. Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın Sofiya şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edərək yarışın qalibi olub.
Belə ki, 73 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz finalda Giovannı Espositonu məğlub edərək qızıl medala layiq görülüb.
Bu, Hidayət Heydərovun builki nüfuzlu yarışlarda qazandığı ikinci qələbəsidir. Belə ki, cüdoçumuz Təl-Əvivdə fevralda keçirilmiş “Böyük dəbilqə” turnirinin də qalibi olub.
Bundan əvvəl isə eyni çəki dərəcəsində çıxış edən komandamızın digər üzvü Rüstəm Orucov isə bürünc medal əldə edib.
Xatırladaq ki, mayın 1-dək davam edəcək yarışda Azərbaycanın, ümumilikdə 11 cüdoçusu iştirak edir.
Turnirə 40 ölkədən 300-dən çox idmançı qatılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0