https://sputnik.az/20220429/rusiya-azerbaycan-serhedi-yukdasimalar-ucun-acilib-441549898.html
Rusiya-Azərbaycan sərhədi yükdaşımalar üçün açılıb
Rusiya-Azərbaycan sərhədi yükdaşımalar üçün açılıb
Sputnik Azərbaycan
"Rosgranstroy"un yaydığı məlumata görə, indiyədək Rusiya ilə Azərbaycan arasında yük avtomobillərinin keçidi "Yaraq-Qazmalar" vasitəsilə həyata keçirilib. 29.04.2022, Sputnik Azərbaycan
2022-04-29T19:24+0400
2022-04-29T19:24+0400
2022-04-29T19:42+0400
azərbaycan xəbərləri
azərbaycan
sərhəd
yükdaşıma
https://cdnn1.img.sputnik.az/img/07e6/03/15/440362806_0:0:800:450_1920x0_80_0_0_5b4020557808383fa7e1863e54d588f5.jpg
BAKI, 29 aprel — Sputnik. Rusiya-Azərbaycan sərhədində yerləşən "Tağırkənt-Kazmalyar" beynəlxalq avtomobil buraxılış məntəqəsi yükdaşımalar üçün açılıb. Federal Dövlət Təşkilatı "Rosgranstroy"un yaydığı məlumata istinadən xəbər verir ki, sərhəd keçidi 2020-ci ilin martında koronavirus pandemiyası səbəbindən bağlanıb. Belə ki, yaxın vaxtlara qədər Rusiya ilə Azərbaycan arasında yük avtomobillərinin keçidi yalnız bir keçid məntəqəsi – "Yaraq-Qazmalar" vasitəsilə həyata keçirilirdi ki, bu məntəqə 2020-ci ilin iyulunda yenidənqurma işlərinə görə bağlanmışdı. Yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır."Taqirkent-Kazmalyar" keçid məntəqəsi "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin arakəsmələrində yerləşir və yüklərin daşınmasının təmin edilməsində böyük strateji əhəmiyyətə malikdir. Yük daşımalarının açılması Rusiya və Azərbaycanın sərhədyanı rayonlarının inkişafı, ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi, nəqliyyat-logistika sisteminin optimallaşdırılması, yeni infrastruktur marşrutlarının yaradılması, cənub istiqamətində yükdaşımaların həcminin artırılması üçün vacib hesab edilir."Taqirkent-Kazmalyar" ildə 700 min tondan çox yükün sərhəddən keçirilməsinə imkan verəcək. Yüklərin daşınmasına effektiv nəzarətin təşkili məqsədilə "Rosqranstroy" cari ilin sonunadək portal yoxlama kompleksinin quraşdırılması üzrə pilot layihəni həyata keçirməyi planlaşdırır. Onun tətbiqi sərhəddə gömrük nəzarəti prosesini sürətləndirməyə və malların çatdırılma müddətini azaltmağa kömək edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20160128/403517617.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/15/440362806_100:0:700:450_1920x0_80_0_0_d51a50ac2f96fe9c69667086bc702efb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, sərhəd, yükdaşıma
azərbaycan, sərhəd, yükdaşıma
Rusiya-Azərbaycan sərhədi yükdaşımalar üçün açılıb
19:24 29.04.2022 (Yenilənib: 19:42 29.04.2022) "Rosgranstroy"un yaydığı məlumata görə, indiyədək Rusiya ilə Azərbaycan arasında yük avtomobillərinin keçidi "Yaraq-Qazmalar" vasitəsilə həyata keçirilib.
BAKI, 29 aprel — Sputnik. Rusiya-Azərbaycan sərhədində yerləşən "Tağırkənt-Kazmalyar" beynəlxalq avtomobil buraxılış məntəqəsi yükdaşımalar üçün açılıb. Federal Dövlət Təşkilatı "Rosgranstroy"un yaydığı məlumata istinadən xəbər verir ki, sərhəd keçidi 2020-ci ilin martında koronavirus pandemiyası səbəbindən bağlanıb. Belə ki, yaxın vaxtlara qədər Rusiya ilə Azərbaycan arasında yük avtomobillərinin keçidi yalnız bir keçid məntəqəsi – "Yaraq-Qazmalar" vasitəsilə həyata keçirilirdi ki, bu məntəqə 2020-ci ilin iyulunda yenidənqurma işlərinə görə bağlanmışdı. Yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
"Taqirkent-Kazmalyar" keçid məntəqəsi "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin arakəsmələrində yerləşir və yüklərin daşınmasının təmin edilməsində böyük strateji əhəmiyyətə malikdir. Yük daşımalarının açılması Rusiya və Azərbaycanın sərhədyanı rayonlarının inkişafı, ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi, nəqliyyat-logistika sisteminin optimallaşdırılması, yeni infrastruktur marşrutlarının yaradılması, cənub istiqamətində yükdaşımaların həcminin artırılması üçün vacib hesab edilir.
"Taqirkent-Kazmalyar" ildə 700 min tondan çox yükün sərhəddən keçirilməsinə imkan verəcək. Yüklərin daşınmasına effektiv nəzarətin təşkili məqsədilə "Rosqranstroy" cari ilin sonunadək portal yoxlama kompleksinin quraşdırılması üzrə pilot layihəni həyata keçirməyi planlaşdırır. Onun tətbiqi sərhəddə gömrük nəzarəti prosesini sürətləndirməyə və malların çatdırılma müddətini azaltmağa kömək edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.