Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan nəhəng yükdaşımalar mərkəzinə çevrilə bilər

© azertag.azPrezident İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Tszinpin
Prezident İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Tszinpin - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Təəssüf ki, ölkəmizin birbaşa okeanlara çıxışı yoxdur. Elə etməliyik ki, yük daşıyanların Azərbaycan üzərindən keçən yollardan istifadə etməkdə marağı olsun"

BAKI, 28 yan — Sputnik. Yanvarın 22-də Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən sınaq konteyner qatarı "Azərbaycan" bərəsi ilə Qazaxıstanın Aktau limanına yola salınıb. Bu yeni ticarət layihəsi ekspertlərin diqqətindən yayınmayıb. Və müxtəlif mülahizələr yayılıb.

Putin və Poroşenko - Sputnik Azərbaycan
RUSİYA
Ukrayna Rusiya ilə azad ticarət zonasının ləğvinə hazırdır

Bu nəhəng marşrutun hansısa perspektivi varmı? Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olacaq?

Mövzunu Sputnik-ə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli proyekti Azərbaycan üçün perspektivli hesab edir: "Ölkəmiz yükdaşımalar mərkəzinə çevrilə bilər. Ancaq müəyyən ciddi əngələr də olacaq. Bunu da nəzərdən qaçırmamaq lazımdır. Rusiyanın özü də çox maraqlıdır ki, yüklər Çindən Avropaya, Avropadan Çinə məhz Rusiya üzərindən keçsin. Buna görə də alternativ marşrutlara ciddi rəqabətli təkliflərlə çıxış edə bilər".

"Bir çox ölkələr bu logistik mərkəzdə, bu yolda mühüm rol oynamaq istəyirlərsə, daha uyğun, cəlbedici təkliflərlə çıxış etməlidirlər ki, yük sahibləri həm vaxtda, həm də vəsaitdə udsunlar və bu marşrut cəlbedici hala gəlsin. Amma bu, çətindir", —deyə N. Cəfərli bildirdi.

Mütəxəssis coğrafi baxımdan Azərbaycanın xeyli üstünlüklərinin olduğunu qeyd etdi: "Bundan istifadə etməliyik. Amma coğrafi üstünlüklərdən istifadə etməklə tək bu problemi həll etmək olmur. Təəssüf ki, Azərbaycanın birbaşa okeanlara çıxışı yoxdur. Elə etməliyik ki, yük daşıyanların Azərbaycan üzərindən keçən yollardan istifadə etməkdə marağı olsun".

İlham Əliyevin Çin səfəri - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan Çin mallarını Avropaya çatdıran ən qısa yol ola bilər

Xatırladaq ki, 10 vaqon və 20 qırxfutluq konteynerdən ibarət sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınmışdı. Qatar Gürcüstanın Poti limanına yanvarın 20-də, Azərbaycana isə yanvarın 22-si axşam çatmışdı.

Yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər.

Xəbər lenti
0