DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyana qarşı aksiyalar genişlənir

© AP Photo / Sergei GritsНикол Пашинян, фото из архива
Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.04.2022
Abunə olmaq
Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı Yerevanın mərkəzində kütləvi aksiyalar keçirilir və bu gün ən böyük aksiyanın keçirilməsi nəzərdə tutulub.
BAKI, 29 aprel — Sputnik. Yerevanın mərkəzində Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə müxalifət qüvvələrinin mitinqi keçirilir. Bu barədə "RİA Novosti"nin müxbiri xəbər verir.
Ermənistan hökumət binasının yerləşdiyi Respublika meydanından onlarla avtomobil keçir. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirirlər.
Bu gün Yerevanın digər rayonlarında da müxalifət aksiyalar keçirilib, 10-dan çox adam saxlanılıb.
Qeyd edək ki, aprelin 25-dən müxalifət bütün Ermənistanda etiraz aksiyaları keçirir. Onlar hesab edirlər ki, Ermənistan hakimiyyətinin hazırkı siyasəti Ermənistan üçün dağıdıcıdır, erməni dövlətçiliyini təkcə yeni güzəştlərlə deyil, həm də itkilərlə hədələyir.
İcevan və Kərki şəhərlərindən olan müxalifətçilərin kolonnaları Yerevana yollanıb, onlar mayın 1-dək paytaxta gəlməyi planlaşdırırlar. Bu gün müxalifət son zamanların ən böyük mitinqini keçirəcəyini bildirib.
Müxalifət liderlərindən biri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib ki, aprelin 25-də mübarizənin ikinci mərhələsi başlayıb, bu daha aktiv, dinamik olacaq və onun məqsədi daha çox insanı səfərbər etmək olacaq. Vanetsyan aprelin 17-dən Yerevanın Azadlıq meydanında etiraz aksiyaları keçirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.04.2022
SİYASƏT
Bakı Yerevana son şans verib: Paşinyan isə diversantlara nəzarət edə bilmir
Xəbər lenti
0