SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı Yerevana son şans verib: Paşinyan isə diversantlara nəzarət edə bilmir

© AP Photo / Francois MoriNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Abunə olmaq
Millət vəkili Elşad Mirbəşiroğlu hesab edir ki, Zəngilan da Ermənistan tərəfinin törətdiyi təxribat Paşinyanın ölkəyə tam nəzarət edə bilmədiyini göstərir.
BAKI, 27 aprel — Sputnik. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanması ilə bağlı proses intensivləşib. Bununla bağlı işlərin görüldüyü bir vaxtda ötən həftə sonu Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yaydı ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur edilib.
Görülən işlərə zərbə vuran bu cür təxribatlar bəs kimə sərf edir? Nədən qaynaqlanır?
Mövzu ilə millət vəkili Elşad Mirbəşiroğlu fikirlərini bölüşüb.
Millət vəkili bildirib ki, Ermənistanın danışıqlar zamanı sərgilədiyi mövqe ilə faktiki davranışları arasında ziddiyyət müşahidə olunur.
Onun sözlərinə görə, Ermənistan özünün təxribatça imicini saxlayır, hətta daha da möhkəmləndirir: "Biz otuz ilə ərzində Ermənistan tərəfindən işğlaçılıq və təxribatlar gördük. Bu illər ərzində Ermənistan danışıqları imitasiya edərək guya məsələnin sülh yolu ilə həllinin tərəfdarı olduğunu göstərməyə çalışdı".
Millət vəkili deyib ki, Ermənistanın danışıqlarda iştirakı deklarativ xarakter daşıyır: "Ermənistan proseslərin dinc yollarla tənzimlənməsinin imitasiyası ilə məşğuldur. Azərbaycanın qazandığı qələbə isə regionda yeni reallıqlar yaradıb. Post münaqişə mərhələsində qarşıda duran əsas məsələ yekun sülh sazişinin imzalanmasından ibarətdir".
"Ermənistan müharibədə ağır məğlubiyyətdən sonra yaranmış vəziyyətini qismən də olsa, yüngülləşdirmək üçün çoxsaylı cəhdlər edib. Ermənistanın Baş naziri ATƏT-in Minsk Qrupunun reanimasiyasına çalışdı. Minsk Qrupu isə fəaliyyətdə olduğu dövrdə status-kvonun qorunmasına çalışması və Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin möhkəmləndirilməsinə xidmət etməsi ilə yadda qaldı" - Elşad Mirbəşiroğlu qeyd edib.
Elşad Mirbəşiroğlu hesab edir ki, ATƏT-in Minsk Qrupu bundan sonrakı mərhələdə heç bir işə yaramır: "Prezident İlham Əliyev Ermənistanın manevr imkanlarının mövcud olmadlığını qeyd edib. Nəhayət kənar ölkələrdə nicat tapa bilməyən Ermənistan tərəfi bu gerçəkliyi qəbul etdi. Məhz bundan sonra Ermənistan tərəfi Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini səsləndirməyə başaldı".
"Bununla belə Ermənistanın ötən həftə sonu törətdiyi diversiya cəhdi başa düşülən deyil. Belə bir diversiya cəhdi Azərbaycan Ermənistan arasında başladılmış prosesə ciddi zərbə vurur. Görünür Paşinyanın ölkəsinə və ya ayrı-ayrı qüvvələrə tam nəzarəti mövcud deyil. Biz Ermənistan revaşist qüvvələrin daha da başa qaldırmaqda olduğunu müahidə edirik. Onlar da dərk edirlər ki, Paşinyanın Azərbaycanla sülh sazişi imzalamaqdan başqa yolu yoxdur. Ona görə də bu vəziyyətdən istifadə edərək özlərinin hakimiyytə olan iddialarını ortaya qoymaq istəyirlər" - deyə millət vəkili açıqlayıb.
Millət vəkilinin fikrincə, indiki şəraitdə bu təxribatların törədilməsi hər şeydən öncə ayrı-ayrı qüvvələrin marginal maraqlarına xidmət edir: "Sülh müqaviləsinin imzalanması Ermənistan üçün yeganə şansdır. Ermənistanın bundan sonra həm mövcudluğu, həm inkişafı üçün də son imkan olduğu dərk edilməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0