Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sənaye parkındakı yanğınla bağlı cinayət işi başlanıb - FHN və Baş prokurorluq

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)"Azərsun Sənaye Parkı”nın ərazisində yanğın
Azərsun Sənaye Parkı”nın ərazisində yanğın - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Abunə olmaq
Ərazinin yaxınlığında yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması ilı bağlı zəruri tədbirlər davam etdirilir.
BAKI, 28 aprel - Sputnik. Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğın hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Birgə məlumatda bildirilir ki, dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxıblar. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib. Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.
Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir. Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.
***
Məlum olduğu kimi, bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olublar. Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyəsini təmin ediblər.
Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.
APA agentliyi xəbər verir ki, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğının söndürülməsi və həmin ərazinin yaxınlığında yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması ilı bağlı zəruri tədbirlər davam etdirilir.
Hazırda əhalinin təhlükəsiz ərazilərə evakuasiyası həyata keçirilir. Bütün əlaqədar strukturlar problemin qısa zamanda aradan qaldırılması üçün səfərbər olunub, onlara lazımi tapşıırıqlar verilib.
***
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.
"Report" xəbər verir ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.
***
"Azərsun Sənaye Parkı”nda yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0