Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Belarus – Azərbaycan oyununun məkanı müəyyənləşib

© Sputnik / Viktor TolochkoAzərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq futbol oyunu
Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq futbol oyunu - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Abunə olmaq
C Liqasında III qrupun II tur qarşılaşması Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil olunacaq.
BAKI, 28 aprel — Sputnik. İyunun 6-da Belarus və Azərbaycan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqası matçının məkanı müəyyənləşib.
AFFA-nın məlumatına görə, C Liqasında III qrupun II tur qarşılaşması Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil olunacaq.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.
Xatırladaq ki, bir neçə ay öncə Avropa futbol qurumunun İcraiyyə Komitəsi Belarus və Azərbaycan yığmaları arasında UEFA Millətlər Liqasının qrup oyununun yerinin dəyişdirilməsi ilə bağlı qərar verib. Qərar dərhal qüvvəyə minib.
Qərara əsasən, Belarus yığmaları və klubları ev oyunlarını neytral ölkədə keçirəcəklər və həmin qarşılaşmalara azarkeş buraxılmayacaq.
UEFA İcraiyyə Komitəsi bildirib ki, ehtiyac yaranarsa, hazırkı durumu yenidən qiymətləndirmək və zəruri hallarda əlavə qərarlar qəbul etmək üçün müntəzəm olaraq növbədənkənar iclaslar keçirəcək.
Qeyd edək ki, Belarus yığması iyunun 10-da Qazaxıstan/Moldova cütünün qalibini, sentyabrın 25-də isə Slovakiyanı qəbul edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0