Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan taekvondoçuları Özbəkistana nə üçün gedib

© Photo : AZƏRTACTaekvondo yarışları, arxiv şəkli
Taekvondo yarışları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Abunə olmaq
Milli komandamız Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşır.
BAKI, 28 aprel - Sputnik. Aprelin 28-də Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandası Avropa çempionatına hazırlıq məqsədilə Özbəkistana yola düşüb. Bu barədə Azərbaycan Taekvondo Federasiyasından Azərtac-a məlumat verilib.
Məlumatda bildirilir ki, milli komandamız təlim-məşqlərin ilk mərhələsini Bakıda keçirilib. Hazırlığın ikinci mərhələsini Özbəkistan komandası ilə birlikdə təşkil edəcək.
Komandamız Daşkənd şəhərində keçirilən beynəlxalq məşqlərə 14 (8 kişi və 6 qadın) idmançı ilə qatılacaq. Təlim-məşqlər mayın 8-dək davam edəcək.
Baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Sənan Həşimov, qadınların baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədov məşqlərə Minayə Əkbərova, Fatimə Məcidova, Patimat Abakarova, Fəridə Əzizova, Sevda Pirseyidova, Qönçə Hüseynli, Radik İsaev, Milad Beigi Hərçəqani, Xanoğlan Kərimov, Pərviz İsgəndərov, Taleh Süleymanov, Gaşım Maqomedov, Səyyad Əlizadə və Eltac Qafarovu cəlb edib.
Xatırladaq ki, Avropa çempionatı mayın 19-22-də Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Fəridə Əzizova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.02.2022
İDMAN
Azərbaycan taekvondoçuları Türkiyədə necə fərqləndilər
Xəbər lenti
0