SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Medvedev: Avropa xristianlığının heç də bütün liderləri rusofobiyaya aldanmayıblar

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidDmitri Medvedev
Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Abunə olmaq
Avropadakı bütün xristian liderlər rusofob mövqeləri bölüşmürlər.
BAKI, 27 aprel — Sputnik. Avropa xristianlığının bütün liderləri Kiyevin millətçi təbliğatına və Qərbin rusofobiyasına aldanmayıblar. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında qeyd edib.
"Əlbəttə ki, Avropa xristianlığının bütün liderləri Kiyevin millətçi təbliğatına və kollektiv Qərbin rusofobiyasına aldanmadılar. Məsələn, Vatikanın prelatı, arxiyepiskop Karlo Mariya Viqano Kiyev rejimini Donbasa qarşı birbaşa qızışdırmaqda NATO-nun rolunu açıqlayıb", - deyə Medvedev bildirib.
Onun sözlərinə görə, Vatikan arxiyepiskopu Qərbin 2014-cü ildən etibarən Ukraynada neonasist birləşmələrinin dəstəkləməsini ifşa edib.
"ABŞ baptistlərinin lideri Franklin Qrem də eyni məzmunda çıxış edərək bildirib ki, mahiyyət etibarı ilə Ukraynanın denazifikasiyasının səbəblərini başa düşür. Mediada yayılan məlumatlara görə, bu günə kimi rəsmi açıqlama verməkdən qorxan bir çox keşiş və yepiskoplar da bu fikri bölüşürlər", - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Мемориальный комплекс истории Холокоста Яд ва-Шем - Sputnik Azərbaycan, 1920, 25.01.2020
RUSİYA
Rusofobiya və antisemitizm artıq birləşirlər - ekspert
Xəbər lenti
0