Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusofobiya və antisemitizm artıq birləşirlər - ekspert

© AFP 2023 / Ludovic MarinМемориальный комплекс истории Холокоста "Яд ва-Шем"
Мемориальный комплекс истории Холокоста Яд ва-Шем - Sputnik Azərbaycan
Abunə olmaq
SSRİ-nin faşizm üzərində qələbədəki rolunu etiraf etmək istəməyən insanlar və dövlətlər həmişə Holokostun xatirəsini ört-basdır etməyə çalışacaqlar.

Rostislav İşenko, Sistem Analizi və Proqnozlaşdırma Mərkəzinin prezidenti, Sputnik

27 yanvar Holokostu Anma Günüdür, 2005-ci ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilib.

Artıq İsraildə bəzi tədbirlər keçirilib, xüsusən də "Holokostun xatirəsini qorumaq, antisemitizmə qarşı mübarizə" beynəlxalq forumu. Təəccüblü deyil ki, Polşanın və Baltikyanı ölkələrin prezidentləri bu tədbirləri öz iştirakları ilə şərəfləndirmədilər, Ukrayna Prezidenti Zelenski isə İsrailə uçsa da, Ümumdünya Holokost Forumuna qatılmadı. Məsələ burasındadır ki, bunların səbəbi heç həmin ölkələrə çoxdan xas olan antisemitizm də deyil.

Президент РФ Владимир Путин на церемонии передачи ордена Мужества родственникам героя восстания пленников в лагере смерти Собибор Леона Фельдгендлера - Sputnik Azərbaycan
Putin Leninqradın mühasirəsi zamanı ölən qardaşından danışdı

Polyaklar və pribaltikalıların həmrəy mövqeyi, həmçinin Ukraynanın onlara yaxın mövqeyi, ilk növbədə onların tarixə olan bugünkü münasibətləri ilə izah olunur. Bütün bu dövlətlər rusofobiyaya yoluxublar və bunun əsasında Hitler Almaniyasının darmadağın edilməsi, onların qənaətinə görə, "bir işğalın digəri ilə əvəz edilməsi" dayanır. Onlar hesab edirlər ki, sadəcə alman işğalı sovet işğalı ilə əvəz edilib, vəssalam. "İki totalitar rejim" ə qarşı "iki cəbhədə müharibə" tezisi Varşava və Vilnüsü, Riqa və Tallini, həmçinin onlara qoşulan Kiyevi birləşdirir.

Əlbəttə, soruşmaq olar: Holokostun bununla nə əlaqəsi var, burada ki, hitlerçilərin təşkilatı və yəhudilərin kütləvi şəkildə məhv edilməsində əlbir olanlardan söhbət gedir? Onlar müharibədə iştirak etmiş xalqların tarixi yaddaşında necə iştirak edirlər?

Holokost tarixi yenidən yazmağa imkan vermir

Məsələ ondadır ki, mifik "sovet işğalı"nın xatirəsi, radikal-millətçi ideologiyanı etiraf edən polşalı, baltikyanılı və ukraynalı rusofobları birləşdirir, Holokost isə müharibənin əsl yaddaşına hörmət edən insanları və dövlətləri.

Министр иностранных дел России Сергей Лавров во время переговоров с министром иностранных дел Узбекистана в Ташкенте - Sputnik Azərbaycan
RUSİYA
Xarici işlər naziri göz yaşlarını saxlaya bilmədi - VİDEO

Yəhudiləri faşist koalisiyası və ya Birləşmiş Millətlər Təşkilatı ölkələrinin vətəndaşları olub-olmamalarından, orduda xidmət edib-etməmələrindən asılı olmayaraq, öldürüblər. Onlar cinsindən və yaşından asılı olmayaraq öldürülüblər. Yəhudilər bütün Avropada yaşayırdılar və onları hər yerdə öldürürdülər. Nasist hakimiyyətinin cəmi bir neçə gün mövcud olduğu hər ölkənin öz qurbanları var.

İkinci Dünya Müharibəsindəki ayrı-ayrı hadisələrə münasibətin ölkədən ölkəyə dəyişməsinə baxmayaraq (məsələn, İngilislər üçün Dünkerk evakuasiyası, Stalinqrad döyüşündən daha əhəmiyyətlidir), Holokosta hər kəsin münasibəti eynidir. Bununla bağlı hətta müharibənin qalibləri ilə məğlublarının arasında belə fikir ayrılığı yoxdur. Bu, faciənin tarixini tamamilə yenidən yazmaq istəyənlərə imkan vermir.

Lakin Baltikyanı ölkələrdə, Varşava və Kiyevdə hökm sürən rejimlər, Polşanın və Baltikyanı ölkələrin müharibədən əvvəlki nəsillərinə bənzəyən nəsillər yetişdirirlər, hətta Ukraynadakı banderovçular belə öz nəsillərini yetişdirirlər. Bütün bu rejimlər Hitlerlə həmrəy idi. Bütün bu rejimlər russofobiyadan əziyyət çəkirlər, hamı "sovet işğalı" ideyasını təbliğ edir, hamısı (rəsmi, yarı rəsmi) hesab edir ki, nədənsə, Rusiya bu "işğal" üçün onlara pul verməlidir.

Müharibənin xatirəsi bu rejimlərin ideoloji təməlini sarsıdır. Xüsusilə də Holokostun xatirəsi. Sovet və Alman totalitarizmi arasındakı fərqlərin olmaması mövzusunda nə qədər istəsəz mübahisə edə bilərsiniz, ancaq Holokosta çatanda dayanmalısız. Bu nasistlər dünyanın hər yerində yəhudiləri məhv etmişdilər, SSRİ isə onları xilas etdi.

Президент РФ Владимир Путин во время встречи с премьер-министром Израиля Биньямином Нетаньяху в резиденции премьер-министра в Иерусалиме - Sputnik Azərbaycan
RUSİYA
Putin: “Holokost Rusiya və İsrailin ortaq faciəsidir”

Keçmişi unutmaq gələcək faciələrə səbəb olur

Üstəlik, Holokostun tarixi ilə maraqlanan hər kəs dərhal nasistlərin ölüm düşərgələrinin tarixinə baş vuracaq və asanlıqla müharibənin sonuna qədər əsirlər arasında yəhudi məhbusların çox az qaldıqlarını (əksəriyyətin dərhal məhv edildiyini) təsbit edəcək.

Vicdanlı bir tədqiqatçı, Holokostdan başladıqda tezliklə nasist rejiminin təkcə anti-semit deyil, anti-insan təbiəti haqqında nəticəyə gəlir. SSRİ-yə qarşı irəli sürülən ittihamların səhv olduğunu başa düşür, çünki Avropa xalqlarını qəhvəyi taundan xilas edən məhz Sovet İttifaqı idi. Azad edən və xilaskar işğalçı ola bilməz. O, qatillə eyni səviyyəyə qoyula bilməz.

Buna görə SSRİ-nin faşizm üzərində qələbədəki rolunu etiraf etmək istəməyən insanlar və dövlətlər həmişə Holokostun xatirəsini ört-basdır etməyə çalışacaqlar. Bu, nasizmin ən mənfur və ən aşkar cinayətlərindən biridir və qalibin xilaskar rolu da burada açıq-aşkar görünür.

Tarixi amneziya, rusofobiya və antisemitizm əl-ələ verərək bir-birini üzvi şəkildə tamamlayır.

Buna görə Vladimir Putinin dünya təhlükəsizlik problemlərini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasına üzv olan beş ölkə liderinin görüşünün məhz İsraildə keçirilməsini təklif etməsi məntiqlidir. "Keçmişi unutmaq, təhdidlər qarşısında rabitəsizlik dəhşətli nəticələrə səbəb ola bilər. Bizdə yalnız bunu birbaşa söyləmək üçün deyil, dünyanı qorumaq və ayaq üstə saxlamaq üçün hər şeyi etməyə cəsarətimiz olmalıdır", - deyə Rusiya prezidenti bildirib.

Xəbər lenti
0