“Azərsu”: Azad olunmuş ərazilərdə iki yüzdən çox abonentimiz var

© Azersu Open Joint-Stock CompanyAzərsu əməkdaşı
Azərsu əməkdaşı - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Abunə olmaq
Şuşada yarana biləcək su çatışmazlığını aradan qaldırmaq üçün anbarın tikilməsi planlaşdırılır.
BAKI, 27 aprel — Sputnik. İşğaldan azad olunmuş ərazilərdə "Azərsu" ASC-nin sayğacla təmin olunmuş 200-dən çox abonenti var.
Bu barədə "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.
"Hazırda işğaldan azad olunmuş ərazilərdə "Azərsu"nun 4 briqadası fasiləsiz fəaliyyət göstərir. Bu briqadalar Şuşa, Kəlbəcər, Zəngilan və Hadrut qəsəbəsindədir. Bu ərazilərdə müqavilələr bağlanan və sayğaclar quraşdırılan 200-dən çox abonent var", - deyə A.Cəbrayıllı vurğulayıb.
O bildirib ki, Şuşanın su təchizatı ilə bağlı bütün fəsillər üçün qiymətləndirmə aparılıb. Məlum olub ki, şəhər Baş plana uyğun inkişaf edəcəyi təqdirdə Şuşada ilin iki dövründə - qış və yay aylarında su çatışmazlığı yarana bilər.
Qeyd edilib ki, bununla bağlı İşçi Qrupu yaradılıb və artıq ilkin layihə hazırdır. Daşaltı kəndindən yuxarı hissədə su anbarı yaradılacaq. Onun sahilində nasos stansiya tikiləcək və 2,6 kilometr təzyiqli magistral su xətti çəkiləcək.
“Sovet dövründə su fasiləli qrafiklə olub. Hazırda məqsədimiz su təchizatını 24 saat fasiləsiz rejimdə təmin etməkdir”, - deyə Anar Cəbrayıllı vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Su içən şəxs - Sputnik Azərbaycan, 1920, 23.04.2022
TƏHLİL
Su müharibələri və terroru: Azərbaycanlılar həyat mənbəyi ilə necə davranmalıdırlar?
Xəbər lenti
0