https://sputnik.az/20220423/su-muharibeleri-ve-terroru-azerbaycanlilar-heyat-menbeyi-ile-nece-davranmalidirlar-441349780.html
Su müharibələri və terroru: Azərbaycanlılar həyat mənbəyi ilə necə davranmalıdırlar?
Su müharibələri və terroru: Azərbaycanlılar həyat mənbəyi ilə necə davranmalıdırlar?
Sputnik Azərbaycan
Oxçuçayın çirklənməsində Almaniyanın "Cronimet Holding" şirkətinin iştirakı Avropanın elan etdiyi dəyərlərin yalnız sözdə, ya da yalnız öz yaşayış zonalarında... 23.04.2022, Sputnik Azərbaycan
2022-04-23T11:45+0400
2022-04-23T11:45+0400
2022-04-23T11:45+0400
azərbaycan
təhlil
su
erməni vandalizmi
https://cdnn1.img.sputnik.az/img/07e5/08/15/427747376_0:0:3079:1731_1920x0_80_0_0_79408924babcda9c95327e4c88e5a994.jpg
BAKI, 17 aprel — Sputnik. Homosapiensin 100 min illər əvvəl su mənbələri və bol qidaya çıxış üçün şimala doğru genişlənməsi və şimaldakı neandertalları sıxışdırması arxeoloqların araşdırmaları ilə təsdiqlənir.Su həmişə həyat mənbəyi idi və onun uğrunda müharibələr baş verirdi. Konkret faktlara istinad etməli olsaq, məsələn, eramızdan əvvəl 2450-ci ildə Şumerin Laqaş və Umma şəhərlərinin Fərat çayından ayrılan suvarma kanallarını və bəndləri bölüşdürə bilməməsinin tarixdə ilk su müharibəsinin başlanması ilə nəticələndiyinə dair qeydlər var.Yer kürəsi əhalisinin çoxalması bu mənada vəziyyəti kritikləşdirib. BMT-nin statistikasına görə, təkcə son 50 il ərzində yer üzündə şirin su ehtiyatlarına nəzarət zəminində 500 münaqişə və 37 silahlı toqquşma baş verib.Su böhranı davam edirTədqiqatçı Araz Qurbanovun "Hidroböhran, hidromünaqişələr və hidrostrategiya" kitabında dünyanı təhdid edən su böhranı ilə bağlı statistikalar və təhlillər təqdim olunur, bu istiqamətdə vəziyyətin dünyanı su müharibələrinə doğru apardığı qeyd edilir. "Təkcə 2010-2011-ci illər ərzində planetin təqribən 20 milyon sakini su çatışmazlığı və quraqlıq üzündən hidromiqrantlara çevrilərək daimi yaşayış yerlərini tərk etmiş, 2,3 milyard insanın su təminatı isə həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə pisləşmişdir. Eyni zamanda, 2050-ci ilədək şirin su çatışmazlığının Çin, Hindistan, Afrika, Yaxın Şərq, Ön və Mərkəzi Asiya, eləcə də bəzi Avropa dövlətlərində sosial-siyasi xarakter alacağı, su qıtlığı ilə üzləşən dövlətlərin bu ehtiyata malik ölkələrdən siyasi-iqtisadi asılı vəziyyətə düşəcəyi ehtimal edilir" – deyə kitabda qeyd olunur.UNICEF-in məlumatında isə bildirilir ki, hazırda Yer üzündə bir milyard 392 milyon insan sağlamlıq üçün zərərli olan keyfiyyətsiz sudan istifadə edir.Azərbaycanda vəziyyət necədir?Bəxtimiz su baxımından çox da gətirməyib. Məsələ burasındadır ki, ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycanın su resursları bütöv regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir.BMT-nin İnkişaf Proqramında proqnozlaşdırıb ki, 2021-2050-ci illərdə iqlim dəyişikliyi ilə əlaqəli quraqlıqlar Azərbaycanda su təminatını 23 faizədək azalda bilər.Azərbaycan dövlətinin su təsərrüfatının vəziyyətinə xüsusi diqqət ayırması təsadüfi deyil. Təbii su resurslarının yaratdığı riskləri dövlət administrativ addımlarla neytrallaşdırmağa çalışır və buna böyük miqyasda nail olur.2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idisə, bu gün bu rəqəm 70 faizə çatır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idisə, bu gün bu rəqəm təxminən 82 faizə bərabərdir. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi də 9 faizdən 63 faizədək yüksəlib.Torpaqlarımızın işğaldan azad edilməsi ölkəmizə həm də yeni su mənbələrinə çıxış əldə etmək imkanı verib. Su mənbələri həm də bərpa olunan enerji resursu deməkdir. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyalarının qurulmasına başlanılıb.Ancaq bütün bunlar bizi su çatışmazlığından xilas etmir.Ermənistanın su terroru30 il ərzində erməni işğalçıları azərbaycanlılara qarşı həm də su terroru həyata keçiriblər – Sərsəng su anbarını yayda bağlayaraq, qışda suyunu buraxmaqla yaxın ərazilərdəki bütün əkin sahələrini məhv ediblər. Eyni siyasəti 15 il ərzində Naxçıvana qarşı da həyata keçirən Ermənistan bu yaxınlarda qəza səbəbindən Xankəndiyə bir neçə gün qazın verilməsində yaranan fasiləni humanitar fəlakət kimi şişirdərək beynəlxalq birliyi köməyə çağırıb. 30 il ərzində işğal faktına, ermənilərin cürbəcür terror və vandalizm aktlarına susan beynəlxalq təşkilatlar isə nədənsə qaz kəsintisini "böyük həyəcanla" qarşılayıblar. Halbuki, Avropanın özündə bəzi ölkələrdə ardıcıl qaz təchizatı yoxdur, bəzilərində qış aylarında qaz təchizatında fasilələr adi haldır. Ümumiyyətlə, qəza səbəbindən bu cür hallar bütün dünyada baş verir.Ermənistandan Azərbaycan ərazisinə axan bütün çaylar isə sənaye və digər tullantılarla çirkləndirilib. Oxçuçayın saralmış rəngi isə onun fəlakətli dərəcədə çirkləndirildiyini göstərir. Bu çayın çirklənməsində Almaniyanın "Cronimet Holding" şirkətinin iştirakı isə Avropanın elan etdiyi dəyərlərin yalnız sözdə, ya da yalnız öz yaşayış zonalarında işlədiyini təsdiq edir.Su ilə necə davranmalıyıq?Hər birimiz su ilə daha ehtiyatlı davranmalıyıq. Bu yaxınlarda ölkəmizdə olan xarici professorlardan biri ilə tədbirlərarası kofe fasiləsində söhbətimiz oldu. Professor maraqlı bir tərbiyə üsulundan danışdı: "Uşaqlarım lazım olmadığı halda işığı söndürməyəndə onların cibxərcliyini kəsirəm. Bunu pula qənaət üçün etmirəm. Bu, tərbiyələndirmə metodudur".Bəli, su, işıq, qaz qiymətləri qalxanda həyəcanla qarşılayırıq. Ancaq etiraf etməliyik ki, biz cəmiyyət olaraq heç vaxt enerjiyə qənaət ruhunda olmamışıq. Əksər evlərə gedin - bütün otaqlarda işıqlar yanır, küçələrdə su boş-boşuna axır, küçə işıqları günəş zenitdə olanda da sanki ona "kömək" üçün işıldayır. İndi-indi az-çox bu nəsnələrə tənqidi yanaşmağa başlayırıq. Təkcə evdə yox, iş yerlərimizdə də, ictimai yerlərdə də nəhayət, su, işıq, qaza qənat barədə düşünməliyik, çünki dövlətin malı bizimdir, dövlət elə bizik, israf olan hər şey nəticədə bizdən gedir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20210704/Su-qitligi-problemi-qapimizi-doyerken-426887094.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/15/427747376_89:0:2820:2048_1920x0_80_0_0_f60540b34c72960960e2a9b93d6adfe5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
azərbaycan, su, erməni vandalizmi
azərbaycan, su, erməni vandalizmi
Su müharibələri və terroru: Azərbaycanlılar həyat mənbəyi ilə necə davranmalıdırlar?
Oxçuçayın çirklənməsində Almaniyanın "Cronimet Holding" şirkətinin iştirakı Avropanın elan etdiyi dəyərlərin yalnız sözdə, ya da yalnız öz yaşayış zonalarında işlədiyini təsdiq edir.
BAKI, 17 aprel — Sputnik. Homosapiensin 100 min illər əvvəl su mənbələri və bol qidaya çıxış üçün şimala doğru genişlənməsi və şimaldakı neandertalları sıxışdırması arxeoloqların araşdırmaları ilə təsdiqlənir.
Su həmişə həyat mənbəyi idi və onun uğrunda müharibələr baş verirdi. Konkret faktlara istinad etməli olsaq, məsələn, eramızdan əvvəl 2450-ci ildə Şumerin Laqaş və Umma şəhərlərinin Fərat çayından ayrılan suvarma kanallarını və bəndləri bölüşdürə bilməməsinin tarixdə ilk su müharibəsinin başlanması ilə nəticələndiyinə dair qeydlər var.
Yer kürəsi əhalisinin çoxalması bu mənada vəziyyəti kritikləşdirib. BMT-nin statistikasına görə, təkcə son 50 il ərzində yer üzündə şirin su ehtiyatlarına nəzarət zəminində 500 münaqişə və 37 silahlı toqquşma baş verib.
Tədqiqatçı Araz Qurbanovun "Hidroböhran, hidromünaqişələr və hidrostrategiya" kitabında dünyanı təhdid edən su böhranı ilə bağlı statistikalar və təhlillər təqdim olunur, bu istiqamətdə vəziyyətin dünyanı su müharibələrinə doğru apardığı qeyd edilir.
"Təkcə 2010-2011-ci illər ərzində planetin təqribən 20 milyon sakini su çatışmazlığı və quraqlıq üzündən hidromiqrantlara çevrilərək daimi yaşayış yerlərini tərk etmiş, 2,3 milyard insanın su təminatı isə həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə pisləşmişdir. Eyni zamanda, 2050-ci ilədək şirin su çatışmazlığının Çin, Hindistan, Afrika, Yaxın Şərq, Ön və Mərkəzi Asiya, eləcə də bəzi Avropa dövlətlərində sosial-siyasi xarakter alacağı, su qıtlığı ilə üzləşən dövlətlərin bu ehtiyata malik ölkələrdən siyasi-iqtisadi asılı vəziyyətə düşəcəyi ehtimal edilir" – deyə kitabda qeyd olunur.
UNICEF-in məlumatında isə bildirilir ki, hazırda Yer üzündə bir milyard 392 milyon insan sağlamlıq üçün zərərli olan keyfiyyətsiz sudan istifadə edir.
Azərbaycanda vəziyyət necədir?
Bəxtimiz su baxımından çox da gətirməyib. Məsələ burasındadır ki, ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycanın su resursları bütöv regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir.
BMT-nin İnkişaf Proqramında proqnozlaşdırıb ki, 2021-2050-ci illərdə iqlim dəyişikliyi ilə əlaqəli quraqlıqlar Azərbaycanda su təminatını 23 faizədək azalda bilər.
Azərbaycan dövlətinin su təsərrüfatının vəziyyətinə xüsusi diqqət ayırması təsadüfi deyil. Təbii su resurslarının yaratdığı riskləri dövlət administrativ addımlarla neytrallaşdırmağa çalışır və buna böyük miqyasda nail olur.
2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idisə, bu gün bu rəqəm 70 faizə çatır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idisə, bu gün bu rəqəm təxminən 82 faizə bərabərdir. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi də 9 faizdən 63 faizədək yüksəlib.
Torpaqlarımızın işğaldan azad edilməsi ölkəmizə həm də yeni su mənbələrinə çıxış əldə etmək imkanı verib. Su mənbələri həm də bərpa olunan enerji resursu deməkdir. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyalarının qurulmasına başlanılıb.
Ancaq bütün bunlar bizi su çatışmazlığından xilas etmir.
30 il ərzində erməni işğalçıları azərbaycanlılara qarşı həm də su terroru həyata keçiriblər – Sərsəng su anbarını yayda bağlayaraq, qışda suyunu buraxmaqla yaxın ərazilərdəki bütün əkin sahələrini məhv ediblər. Eyni siyasəti 15 il ərzində Naxçıvana qarşı da həyata keçirən Ermənistan bu yaxınlarda qəza səbəbindən Xankəndiyə bir neçə gün qazın verilməsində yaranan fasiləni humanitar fəlakət kimi şişirdərək beynəlxalq birliyi köməyə çağırıb. 30 il ərzində işğal faktına, ermənilərin cürbəcür terror və vandalizm aktlarına susan beynəlxalq təşkilatlar isə nədənsə qaz kəsintisini "böyük həyəcanla" qarşılayıblar. Halbuki, Avropanın özündə bəzi ölkələrdə ardıcıl qaz təchizatı yoxdur, bəzilərində qış aylarında qaz təchizatında fasilələr adi haldır. Ümumiyyətlə, qəza səbəbindən bu cür hallar bütün dünyada baş verir.
Ermənistandan Azərbaycan ərazisinə axan bütün çaylar isə sənaye və digər tullantılarla çirkləndirilib. Oxçuçayın saralmış rəngi isə onun fəlakətli dərəcədə çirkləndirildiyini göstərir. Bu çayın çirklənməsində Almaniyanın "Cronimet Holding" şirkətinin iştirakı isə Avropanın elan etdiyi dəyərlərin yalnız sözdə, ya da yalnız öz yaşayış zonalarında işlədiyini təsdiq edir.
Su ilə necə davranmalıyıq?
Hər birimiz su ilə daha ehtiyatlı davranmalıyıq. Bu yaxınlarda ölkəmizdə olan xarici professorlardan biri ilə tədbirlərarası kofe fasiləsində söhbətimiz oldu. Professor maraqlı bir tərbiyə üsulundan danışdı: "Uşaqlarım lazım olmadığı halda işığı söndürməyəndə onların cibxərcliyini kəsirəm. Bunu pula qənaət üçün etmirəm. Bu, tərbiyələndirmə metodudur".
Bəli, su, işıq, qaz qiymətləri qalxanda həyəcanla qarşılayırıq. Ancaq etiraf etməliyik ki, biz cəmiyyət olaraq heç vaxt enerjiyə qənaət ruhunda olmamışıq. Əksər evlərə gedin - bütün otaqlarda işıqlar yanır, küçələrdə su boş-boşuna axır, küçə işıqları günəş zenitdə olanda da sanki ona "kömək" üçün işıldayır. İndi-indi az-çox bu nəsnələrə tənqidi yanaşmağa başlayırıq. Təkcə evdə yox, iş yerlərimizdə də, ictimai yerlərdə də nəhayət, su, işıq, qaza qənat barədə düşünməliyik, çünki dövlətin malı bizimdir, dövlət elə bizik, israf olan hər şey nəticədə bizdən gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.