Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Zəngilan hava limanında yeni uçuşları idarəetmə sistemi tətbiq edilir

 Beynəlxalq Hava Limanı - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
“Phoenix” sistemi Azərbaycanın yeni hava limanlarında dispetçer qüllələrinin istismarı üçün tətbiq edilən ikinci avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemidir.
BAKI, 26 aprel — Sputnik. AZANS uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aeronaviqasiya infrastrukturunun bərpası çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazisində - Zəngilanda inşa olunan beynəlxalq hava limanında yeni avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemini tətbiq edir.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən sistemin uğurlu sınağı aprelin 26-da "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) və Almaniyanın ərazisində hava hərəkətinin idarə olunmasına cavabdeh olan DFS Aviation Services (DAS) şirkətinin nümayəndələrinin birgə iştirakı ilə baş tutub.
Sistem DAS mütəxəssisləri tərəfindən hazırlanmış müasir avtomatlaşdırılmış Phoenix sisteminə əsaslanır.
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa edilən yeni beynəlxalq hava limanları bütün müasir təhlükəsizlik standartlarına cavab verir, yüksək beynəlxalq tələblərə cavab verən inkişaf etmiş infrastruktura malikdir. Zəngilan hava limanında yeni avtomatlaşdırılmış sistemin tətbiqi uçuşların təhlükəsizliyinin yüksəldilməsinə, həmçinin hava məkanının buraxılış qabiliyyətinin artırılmasına kömək edəcək", - deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.
"Azərbaycanın yeni beynəlxalq hava limanlarında “Phoenix” proqram-aparat kompleksinin tətbiqi çərçivəsində AZANS və DFS Aviation Services arasında əməkdaşlıq uçuşların təhlükəsizlik səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir", - deyə DAS-ın idarəedici direktoru Andreas Pouç qeyd edib.
AZANS-ın bütün texniki və əməliyyat heyəti Almaniya mütəxəssisləri tərəfindən keçirilən müvafiq təlimlər keçib.
Zəngilanda 3000 metr uzunluğunda uçuş-enmə zolağı olan beynəlxalq hava limanı bütün beynəlxalq tələblərə və standartlara cavab verən ən yeni naviqasiya infrastrukturu ilə təchiz olunacaq.
Zəngilan rayonundakı beynəlxalq hava limanının 2022-ci ildə istismara verilməsi nəzərdə tutulur.
Füzuli Beynəlxalq Hava Limanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azad edilmiş ərazilərdə üç yeni hava limanı - Hərbi vəziyyət elan olunsa...
Xəbər lenti
0