https://sputnik.az/20220426/susa-seherinin-adindan-istifade-edilmesi-qaydasi-mueyyenlesir-441450298.html
Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir
Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir
Sputnik Azərbaycan
Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanunun 7.5-ci maddəsindən... 26.04.2022, Sputnik Azərbaycan
2022-04-26T18:12+0400
2022-04-26T18:12+0400
2022-04-26T18:12+0400
şuşa
azərbaycan xəbərləri
milli məclis
qanun
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438907085_0:160:3072:1888_1920x0_80_0_0_a097ade01f181d73c466faec85420cfe.jpg
BAKI, 26 aprel — Sputnik. Milli Məclisdə "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, ölkə Prezidenti tərəfindən “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi və bundan irəli gələrək bir sıra qanunlara uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi ilə əlaqədar qanun layihələri təqdim olunub.Komitə sədri bildirib ki, Şuşa şəhərində "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun və digər normativ hüquqi aktlarla müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir. Bu hüquqi tənzimləmə Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir. Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə bu qanunun 7.5-ci maddəsindən “arxeoloji” sözünün çıxarılması təklif edilir. Eyni zamanda, “Şuşa” adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə həmin qanuna 3-1-ci maddənin əlavə edilməsi təklif olunur.Qeyd edilib ki, yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir.Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.Millət vəkilləri Şuşa şəhərinin tarixi-mədəni əhəmiyyəti, onun Azərbaycan xalqı üçün xüsusi mənəvi dəyərindən bəhs ediblər, Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasının önəmini vurğulayıblar.Dəyişiklik layihələri müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220422/zefer-qurultayi-istirakcilarinin-hissleri---susa-urekdir-441342936.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438907085_171:0:2902:2048_1920x0_80_0_0_20427fd3b7e50a02cbc32b62fdc2fa2c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
şuşa, milli məclis, qanun
şuşa, milli məclis, qanun
Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir
Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanunun 7.5-ci maddəsindən “arxeoloji” sözünün çıxarılması təklif edilir.
BAKI, 26 aprel — Sputnik. Milli Məclisdə "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, ölkə Prezidenti tərəfindən “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi və bundan irəli gələrək bir sıra qanunlara uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi ilə əlaqədar qanun layihələri təqdim olunub.
Komitə sədri bildirib ki, Şuşa şəhərində "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun və digər normativ hüquqi aktlarla müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir. Bu hüquqi tənzimləmə Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir. Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə bu qanunun 7.5-ci maddəsindən “arxeoloji” sözünün çıxarılması təklif edilir. Eyni zamanda, “Şuşa” adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə həmin qanuna 3-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Qeyd edilib ki, yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir.
Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.
Millət vəkilləri Şuşa şəhərinin tarixi-mədəni əhəmiyyəti, onun Azərbaycan xalqı üçün xüsusi mənəvi dəyərindən bəhs ediblər, Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasının önəmini vurğulayıblar.
Dəyişiklik layihələri müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.