QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zəfər Qurultayı iştirakçılarının hissləri - "Şuşa ürəkdir"

© Sputnik / Ibrahim HashimovDünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı  - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
Şuşa qurultayının iştirakçıları ümid edirlər ki, bu tədbir xaricdə yaşayan azərbaycanlılara, diaspor nümayəndələrinə çoxlu imkanlar yaradacaq.
BAKI, 22 aprel — Sputnik. Bu gün Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başlayıb. Prezident İlham Əliyev Qurultayda geniş nitq söyləyib. Ardınca isə panel iclasları başlayıb. İki gün davam edəcək qurultaya 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi qatılıb.
Böyük Britaniyanın Kembric şəhərindəki Tədqiqat İnstitutunda çalışan Qərib Mürşüdov da nümayəndələrdən biridir.
"İyirmi doqquz ildir ki Böyük Britaniyadayam. İlk dəfədir ki, Şuşaya gəlmişəm. Şuşa ürəkdir. Prezident İlham Əliyevin çıxışını dinlədim. Ümumi fikirlər yaxşıdır. İndi növbəti addımlara keçmək lazımdır, Azərbyacanın inkişafı üçün, xüsusən də elm və texnologiyanın inkişafı üçün. Bunun üçün mexanizmlər hazırlanmalıdır. Bu işdə diasporlardakı azərbaycanlıların təcrübəsindən də yararlanmaq olar", - Q.Mürşüdov deyib.
© Sputnik / Ibrahim HashimovMixail Qusman
Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı  - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Mixail Qusman
Dağıstandan gəlmiş Qəni Panayev Şuşaya ikinci dəfə səfər etdiyini deyib:
"Zəfər Qurultayına dəvət məni çox qürurlandırdı. Bu qurultay münasibətilə də bütün azərbaycanlıları təbrik edirəm. Qalib ölkənin övladı kimi əziz, azad Şuşada olmaq ayrı hissdir".
© Sputnik / Ibrahim HashimovDünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı  - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı
Xaricdəki diaspor nümayəndələrimizdən olan Xaqani Qayıblı isə deyir ki, Vətən Müharibəsindəki qələbədən sonra bütün xalqların nümayəndələri arasında alnıaçıq gəzirlər:
"Estoniyadan gəlmişəm. Şuşada olmaq dillə deyilə bilinməyəcək qədər özəl bir duyğudur. İnanıram ki, bizim qayıdışımız sonsuzadək davam edəcək. İşlədiyim universitetdə başqa millətlərin nümayəndələri də var idi. Vətən Müharibəsinə kimi mümkün qədər göz-gözə gəlməməyə çalışırdıq. Lakin müharibədən sonra birbaşa təmasa keçmək istəyirdik. Azərbaycandan kənarda bu hissləri yaşamaq bambaşqa bir duyğudur. Sən yenilməz bir Vətən övladı kimi, yenilməz bir xalqın nümayəndəsi kimi çox qürurla addımlayırsan".
© Sputnik / Ibrahim HashimovDünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı  - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı
Rusiya Federasiyasının Ulyanovsk vilayətindəki Azərbaycan Milli Muxtariyyətinin nümayəndəsi İslam Hüseynov da deyir ki, hər zaman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün çalışıb:
"İlk olaraq xalqımızı bu qurultay günü münasibəti ilə təbrik edirəm. Ümidvaram ki, bu qurultay da xaricdə yaşayan azərbaycanlılara, diaspor nümayəndələrinə çoxlu imkanlar yaradacaq. Bu, ümid, stimul verir ki, biz Azərbaycan reallıqlarını dünyaya çatdıraq. Dünya ictimaiyyəti də bilməlidir ki, Qarabağ Müharibəsində də, digər işlərdə də Azərbaycan hər zaman haqq-ədalətin tərəfindədir. Cənab prezidentin bu günkü çıxışındakı hər bir söz, hər bir cümlə də bizim üçün bir göstəriş, tapşırıqdır ki, Azərbaycan dövlətinin siyasətini dəstəkləyək və həqiqətləri dünyaya çatdıraq. Həm də Azərbaycan mədəniyyətini bütün xarici xalqlar tanımalıdırlar".
© Sputnik / Ibrahim HashimovXaqani Qayıblı
Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı  - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Xaqani Qayıblı
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov isə bildirir ki, Zəfər Qurultayından sonra xaricdə yaşayan azərbaycanlıların məsuliyyəti daha da artır:
"Dünəndən Şuşadayıq. Dünya Azərbaycanlılarının Qurultayı hər beş ildən bir keçirilir. Burada da Azərbaycan xalqı qarşısında gördüyümüz işlərin hesabatını veririk. İllərlə Avropada bu gün üçün, bu Zəfər gününün baş tutması, qələbə üçün, qurultayların və bu cür bayram günlərinin erməni işğalından azad edilmiş torpaqlarda keçirilməsi üçün çalışmışıq. Bu gün də gördüyümüz işlərin hesabatını alnı açıq şəkildə veririk. Amma bununla kifayətlənmək olmaz. Bundan sonra qarşımızda daha böyük, daha məsuliyyətli işlər durur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Hikmət Hacıyev - Sputnik Azərbaycan, 1920, 22.04.2022
SİYASƏT
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır - Prezidentin köməkçisi
Xəbər lenti
0