Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya qeyri-neft ixracında Azərbaycanın əsas tərəfdaşıdır

© Pexels ChanakaYük konteynerləri
Yük konteynerləri - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Azərbaycan və Rusiya iqtisadi əməkdaşlıq sahəsində 245 müxtəlif sənəd imzalayıb.
BAKI, 26 aprel — Sputnik. 2021-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 12% artaraq 3 milyard dollara çatıb. Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ikitərəfli hökumətlərarası komissiyanın növbəti iclasının açılışında bildirib.
Aprelin 26-da Bakıda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası əməkdaşlığın 20-ci iclası keçirilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Mustafayev, Rusiya tərəfdən nümayəndə heyətinin rəhbəri isə baş nazirin müavini Aleksey Overçukdur.
Tərəflərin ikitərəfli iqtisadi əməkdaşlığın bütün məsələlərini nəzərdən keçirəcəyi gözlənilir.
Rusiya və Azərbaycanın yol xəritəsi
Mustafayev iki ölkə arasında 245 sənəddən ibarət möhkəm müqavilə-hüquqi bazanın mövcudluğunu xüsusi qeyd edib.
2024-cü ilə qədər əməkdaşlıq fəaliyyət planının icrası davam edir. Ticarət-iqtisadi, nəqliyyat və humanitar fəaliyyətlərin əsas istiqamətlərini əhatə edən səkkiz yol xəritəsi hazırlanıb.
"Bu gün Rusiya Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır və qeyri-neft ixracına görə birincidir", - deyə Azərbaycanın Baş nazirinin müavini vurğulayıb.
Mustafayev bildirib ki, təkcə 2022-ci ilin birinci rübündə iki ölkə arasında ticarət dövriyyəsi 631 milyon dollar, artım isə 8 faizə yaxın təşkil edib.
Aktiv siyasi dialoq
O, həmçinin bu ilin fevralında imzalanmış Azərbaycan və Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin əhəmiyyətini xüsusi vurğulayıb.
"Bu mühüm sənəd əlaqələrimizi daha yüksək səviyyəyə çatdırır. Azərbaycan Rusiya ilə çoxəsrlik dostluq, mehriban qonşuluq və əməkdaşlığa əsaslanan münasibətləri yüksək qiymətləndirir", - deyə Baş nazirin müavini qeyd edib.
Mustafayev bildirib ki, prezidentlər İlham Əliyev və Vladimir Putin arasında fəal siyasi dialoq və etimadlı münasibətlər iki ölkə arasında münasibətlərin bütün spektri üzrə yüksək dinamikanı təmin edir.
Perspektivli layihələr
Baş nazirin müavini əlavə edib ki, Azərbaycan iqtisadiyyatında toplanmış Rusiya investisiyaları 6,3 milyard dollar təşkil edir, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard dollar sərmayə qoyub.
Rusiya biznesi Azərbaycan iqtisadiyyatının bir çox sahələrində geniş təmsil olunur - bu gün ölkədə Rusiyanın 1130-a yaxın şirkəti fəaliyyət göstərir.
Məsələn, onlar dəmir yollarının və Bakı Metropoliteninin hərəkətli heyətinin yenilənməsində fəal iştirak edirlər. Baş nazirin müavini əlavə edib ki, bu ilin üçüncü rübündə fəaliyyətə başlayacaq helikopter xidmət mərkəzinin tikintisi artıq başa çatıb.
Onun sözlərinə görə, Rusiya şirkətləri işğaldan azad edilmiş Qarabağ və Zəngəzur rayonlarında 17 layihə üçün müraciət edib. Bu ilin iyun ayına kimi Cəbrayıl rayonunda "KAMAZ" xidmət mərkəzinin inşasının başa çatdırılması planlaşdırılır.
"Azərbaycan Rusiyaya aqrar məhsulları tədarük edən on əsas ölkədən biridir. Ötən il onun tədarükü 560 min tonu keçib və Rusiyanın aqrar məhsulları idxalının təxminən 6%-ni təşkil edib. İlk növbədə bunlar xurma, şaftalı, ərik, kartofdur", - deyə deyə baş nazirin müavini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Yük - Sputnik Azərbaycan, 1920, 28.02.2022
İQTİSADİYYAT
Azərbaycanın qeyri-neft ixracı yanvarda kəskin artıb
Xəbər lenti
0