Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın qeyri-neft ixracı yanvarda kəskin artıb

© AP Photo / Noah BergerYük
Yük - Sputnik Azərbaycan, 1920, 28.02.2022
Abunə olmaq
2022-ci ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.
BAKI, 28 fevral — Sputnik. 2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 232,2 mln. dollar təşkil edib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 86,2 mln. ABŞ dolları və ya 59% artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, 2022-ci ilin yanvar ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. dollar artaraq 52,8 mln. dollar təşkil edib.
Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 56,5%, pambıq lifi ixracı 56,4%, pambıq iplik ixracı 34,5%, şəkər ixracı 24,1%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 10,2% artıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 31% artaraq 60,2 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 71,9% artaraq 172 mln. dollar təşkil edib.
2022-ci ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,1 mln. dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (70,6 mln. dollar) və Gürcüstan üçüncü (14,5 mln. dollar) olub.
Qeyd edək ki, 2022-ci ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (22,2 mln. dollar) birinci, xurma (17,1 mln. dollar) ikinci və meşə fındığı (15,9 mln. dollar) üçüncü olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0