https://sputnik.az/20220426/qapali-mekanlarda-maska-taxmaq-tovsiye-olunur---nazir-441455192.html
"Qapalı məkanlarda maska taxmaq tövsiyə olunur" - Nazir
"Qapalı məkanlarda maska taxmaq tövsiyə olunur" - Nazir
Sputnik Azərbaycan
Səhiyyə naziri Teymur Musayev deyib ki, payıza qədər yeni ştammlar yarana bilər. 26.04.2022, Sputnik Azərbaycan
2022-04-26T22:47+0400
2022-04-26T22:47+0400
2022-04-26T22:47+0400
maska
səhiyyə
səhiyyə naziri
azərbaycan səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424923530_0:0:3073:1728_1920x0_80_0_0_b864ac00c1d24c91be12cc55989fb11d.jpg
BAKI, 26 aprel — Sputnik. Tibbi maska taxmaq barədə qayda ləğv olunsa da, qapalı məkanlarda maska taxmaq tövsiyə olunur.Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə bildirib. Nazir deyib ki, hazırda COVID-19-la bağlı vəziyyət nəzarət altındadır: "Bəli, maska rejimi ləğv olunur, amma qapalı məkanlarda yenə də maska taxmaq məsləhətdir. İndi vəziyyət sabitdir. Amma payıza qədər diqqətli olmaq lazımdır, çünki temperatur aşağı düşəcək və yeni ştammlar yarana bilər", - deyə nazir qeyd edib.Xatırladaq ki, mayın 1-dən ölkədə tibbi maska taxmaq tələbi ləğv olunur.Məlumat üçün bildirək ki, Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. Nazirlər Kabineti yanında Operativ Qərargah 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbini ləğv etdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220421/azerbaycanda-maska-qadagasinin-legvi-gozlenilir---tebb-441296026.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424923530_0:0:2731:2048_1920x0_80_0_0_6ffe799ee3873a07dcfbac0a79290405.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
maska, səhiyyə naziri, azərbaycan səhiyyə nazirliyi
maska, səhiyyə naziri, azərbaycan səhiyyə nazirliyi
"Qapalı məkanlarda maska taxmaq tövsiyə olunur" - Nazir
Səhiyyə naziri Teymur Musayev deyib ki, payıza qədər yeni ştammlar yarana bilər.
BAKI, 26 aprel — Sputnik. Tibbi maska taxmaq barədə qayda ləğv olunsa da, qapalı məkanlarda maska taxmaq tövsiyə olunur.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə bildirib. Nazir deyib ki, hazırda COVID-19-la bağlı vəziyyət nəzarət altındadır: "Bəli, maska rejimi ləğv olunur, amma qapalı məkanlarda yenə də maska taxmaq məsləhətdir. İndi vəziyyət sabitdir. Amma payıza qədər diqqətli olmaq lazımdır, çünki temperatur aşağı düşəcək və yeni ştammlar yarana bilər", - deyə nazir qeyd edib.
Xatırladaq ki, mayın 1-dən ölkədə tibbi maska taxmaq tələbi ləğv olunur.
Məlumat üçün bildirək ki, Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. Nazirlər Kabineti yanında Operativ Qərargah 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbini ləğv etdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.