Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda maska qadağasının ləğvi gözlənilir - TƏBİB

© Sputnik / Murad OrujovBakıda tibbi maskada olan qız
Bakıda tibbi maskada olan qız - Sputnik Azərbaycan, 1920, 21.04.2022
Abunə olmaq
Qurum rəsmisi quru sərhədlərlə bağlı məhdudiyyətlərin aradan götürüləcəyi ilə bağlı açıqlama verib.
BAKI, 21 aprel — Sputnik. "Azərbaycanda maska qadağasının ləğvi gözlənilir". Bunu TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib. Onun sözlərinə görə, ancaq bununla bağlı tarix dəqiq deyil:
"Bu qərarın may ayının birinə, yoxsa yarım saata olacağını isə dəqiq deyə bilmərik".
Vüqar Qurbanov həmçinin quru sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirib. O, deyib ki, karantin qaydalarının dəyişdirilməsi ilə bağlı son qərarı Nazirlər Kabineti yanında Operativ qərargah verəcək:
"TƏBİB sərhədlərin açılması məsələsinə müdaxilə etmir. Respublikamızda karantinlə bağlı ciddi bir sıxıntı yoxdur. Xəstəliklə bağlı vəziyyət, eyni zamanda pandemiyaya nəzarət yüksək səviyyədədir".
V. Qurbanov onu da vurğulayıb ki, TƏBİB məhdudiyyətlərin aradan aradan qaldırılması ilə Nazirlər Kabineti yanında Operativ Qərargaha təkliflər təqdim edib. Onun sözlərinə görə, son nəticələr yaxın müddətdə bildiriləcək.
Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. Nazirlər Kabineti yanında Operativ Qərargah 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbini ləğv etdi. Bununla belə qapalı məkanlarda maska rejimi qüvvədə qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Инфографика: Опрос по поводу карантина - Sputnik Azərbaycan, 1920, 15.04.2022
İNFOQRAFİKA
Azərbaycanda karantinin yumşaldılması necə olmalıdır?
Xəbər lenti
0