Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Mavi bayraq" ala bilməyən çimərliklər - Hələ ki, çirkab sularda üzməliyik

© Sputnik / Irade JELILKürdəxanında çirkab sular
Kürdəxanında çirkab sular - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Çimərliklərin beynəlxalq standartlara uyğun status alması ölkəmizə mövsümi turist axınına səbəb ola bilər.
BAKI, 26 aprel — Sputnik. Çimərlik imkanı olan ölkələr hər il bu turizm növündən xeyli gəlir götürsə də, Azərbaycan hələ də lazımınca faydalana bilmir. Azərbaycanın turizmin bu növü üzrə xarici turistlərin maraq göstərdiyi ölkələr siyahısına daxil olmasına əngəl yaradan əsas amillərdən biri ölkəmizdəki çimərliklərin indiyədək "mavi bayraq" statusu ala bilməməsidir.
Çimərliklərimiz niyə "mavi bayraq" ala bilmir?
Sputnik Azərbaycan-a bu barədə müsahibə verən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, Azərbaycandakı çimərliklər sanitar-gigiyenik normalara cavab vermir:
"Xaricilər "mavi bayraq" statusu olan çimərliklərə məhz sanitar normalara cavab verdiyi, təhlükəsizliyi təmin edildiyi, infrastrukturun yaradıldığına görə üstünlük verirlər. Bu məsələdə isə Türkiyə çimərlikləri örnəkdir. Antalya və Kəmər kimi turistik ərazilərə xaricdən məhz çimərlik turizmindəki statusuna görə hər mövsüm turist axını olur".
M.Ağakərimov onu da bildirir ki, "mavi bayraq" çimərliyin keyfiyyət simvoludur. Onu əldə etmək üçün çimərliklər "mavi bayraq" statusunun tələblərinə cavab verməlidir:
""Mavi bayraq" statusu o deməkdir ki, çimərlik sanitar normalara tam uyğundur, ora çirkab sular axıdılmır, yaxınlıqda sənaye suları yoxdur. Həmin ərazilərə heyvanlar daxil olmur, çimərlik mütəmadi təmizlənir, təhlükəsizlik təmin olunur. Belə çimərliklərdə xilasedicilər üzgüçülərin təhlükəsizliyini izləyirlər".
© Sputnik / Zulfiyya Guluyeva Bibiheybətdə çirkab suları
 Bibiheybətdə çirkab suları - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Bibiheybətdə çirkab suları
Ekspertin sözlərinə görə, Avropada çimərliklər yay mövsümü başlamazdan əvvəl sertifikatlaşdırılır. Çimərlik diqqətlə yoxlanılır və qəbul edilmiş standartlara uyğunluğu müəyyənləşdirilir. İnkişaf etmiş çimərlik turizm sənayesi olan hər hansı bir ölkədə mavi bayraqların sayı çox vacibdir.
Dənizə çirkab axıdılmasının qarşısı alınmasa
M.Ağakərimov deyir ki, Türkiyənin Antalya və digər yerlərindəki çimərlik turizmi təsisatları "mavi bayraq" statusu aldığı üçün rusiyalı turistlərin çoxu yay fəslində bu ölkəyə axışır. Azərbaycanın isə Xəzər dənizi kimi sərvəti olmasına baxmayaraq, çimərlik turizmi nə "mavi bayraq" alıb, nə də orta səviyyədə inkişaf edib. Bir ölkədə kütləvi turizmi inkişaf etdirən əsas turizm növü isə çimərlik turizmidir ki, biz bu sahədə geri qalırıq.
Ekspertin fikrincə, Azərbaycanda çimərliklərin bu statusu alması üçün işə dənizin sanitar vəziyyətindən başlamaq lazımdır. Dənizə axıdılan çirkab suların qarşısı alınmalıdır.
Qeyd edək ki, Xəzərin, sahil zolağının çirkləndirilməsi, sahildə yerləşən obyektlərdən təmizlənməmiş və zərərsizləşdirilməmiş tullantı sularının dənizə axıdılması əbədi problem olaraq qalır. Hətta bəzi obyektlərin kanalizasiya sistemləri isə birbaşa dənizə birləşdirilib.
Baxmayaraq ki, hələ ölkəmizdə turizmin inkişafı ilə bağlı strateji yol xəritəsi və "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı" qəbul edilib. Strateji yol xəritəsində bildirilir ki, turistlər üçün cəlbediciliyi artırmaq məqsədilə çimərliklərə beynəlxalq təcrübədə olduğu kimi mavi bayraq nişanının verilməsi üzrə səylər genişləndirilərək, Xəzər dənizinin region daxilində ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görülməlidir. Buraya Xəzər dənizinin təmizlənməsi və yaxınlıqdakı obyektlər üçün tənzimlənən tullantı emalı qurğularının yaradılması daxil idi.
© Sputnik / Irade JELILHövsanda çirkab sular
Hövsanda çirkab sular - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Hövsanda çirkab sular
"Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Prezidentin sərəncamına əsasən hazırlanan tədbirlər planına görə, çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, kanalizasiya şəbəkəsi olmayan sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkili təmin edilməlidir. Həmin sənədə əsasən, ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsi təmin edilməlidir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a bildirib ki, bu istiqamətdə işlər davam etdirilir. Onun sözlərinə görə, çimərlik ərazilərində kollektorların tikintisi işləri mərhələli şəkildə aparılır.
Çimərliklərdə monitorinqə mayın ortasından başlanılacaq
Qeyd edək ki, hər il Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə çimərlik ərazilərində monitorinqlər aparır. Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə Sputnik Azərbaycan-a bildirib ki, bu mövsüm monitorinqə mayın ortalarına başlanılacaq. Z. Kazımovun sözlərinə görə, dəniz suyunda bağırsaq çöpləri 1 litrdə 5000-ə qədər icazə verilir:
"Hər il olduğu kimi bu mövsümdə də dəniz suyundan nümunələr götürülərək laborator müayinə ediləcək. Çimərlik ərazilərində suyun bakterioloji çirklənmə səviyyəsi müəyyən olunduqdan sonra nəticə ictimaiyyətə açıqlanacaq. Bakteriyanın çox olduğu çimərliklərin fəaliyyətinə icazə verilməyəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Открытие пляжного сезона в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.08.2021
CƏMİYYƏT
Çimərlik həsrətində
Xəbər lenti
0