https://sputnik.az/20220426/erdogan-ve-putin-ukrayna-ile-bagli-razilasma-elde-edib-441459134.html
Ərdoğan və Putin Ukrayna ilə bağlı razılaşma əldə edib
Ərdoğan və Putin Ukrayna ilə bağlı razılaşma əldə edib
Sputnik Azərbaycan
Kremlin yaydığı məlumatda bildirilir ki, prezidentlər Ukraynadakı vəziyyəti və Rusiyanın mülki şəxslərin təhlükəsizliyini təmin etmək səylərini müzakirə... 26.04.2022, Sputnik Azərbaycan
2022-04-26T20:00+0400
2022-04-26T20:00+0400
2022-04-26T20:00+0400
ərdoğan
siyasət
putin
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433642770_0:0:3323:1870_1920x0_80_0_0_587212e4b7dc3694bea6a7d927c6cf0f.jpg
BAKI, 26 aprel — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.Rusiya Prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətində Mariupolda hərbi əməliyyatların getmədiyini qeyd edib. Putin Rəcəb Tayyib Ərdoğana Mariupoldakı vəziyyətlə bağlı məlumat verib və qeyd edib ki, bu şəhər azad edilib, orada heç bir hərbi əməliyyat aparılmır.Bundan başqa, Rusiya və Türkiyə prezidentləri Ukraynadakı vəziyyəti və Rusiyanın mülki şəxslərin təhlükəsizliyini təmin etmək, o cümlədən humanitar dəhlizlərin təşkili istiqamətində səylərini müzakirə ediblər."Ukraynadakı vəziyyət Donbasın müdafiəsi üzrə xüsusi hərbi əməliyyat və Rusiya tərəfinin mülki əhalinin təhlükəsizliyini təmin etmək, o cümlədən humanitar dəhlizlərin təşkili istiqamətində davam edən səyləri kontekstində ətraflı müzakirələr aparılıb edilib", - deyə Kremlin məlumatında bildirilir.Liderlər Rusiya tərəfinin təşkil etdiyi humanitar humanitar dəhliz boyunca Qara dəniz limanlarından türk gəmilərinin təhlükəsiz şəkildə çıxarılması üçün iki ölkənin müdafiə nazirlikləri arasında koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər."İkitərəfli əlaqələrin, o cümlədən hava nəqliyyatı və turizm sahəsində inkişaf məsələləri nəzərdən keçirilib. Ticarət-iqtisadi əməkdaşlığın artımından xüsusi məmnunluq ifadə olunub. Mütəmadi dialoqun davam etdirilməsi razılaşdırılıb", - məlumatda deyilir.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220421/turkiye-qara-denize-10-milyard-dollar-investisiya-qoyacaq-441286930.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433642770_213:0:2944:2048_1920x0_80_0_0_23353794d7fcb6d81c473f2b2c45d4a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, putin, türkiyə
Ərdoğan və Putin Ukrayna ilə bağlı razılaşma əldə edib
Kremlin yaydığı məlumatda bildirilir ki, prezidentlər Ukraynadakı vəziyyəti və Rusiyanın mülki şəxslərin təhlükəsizliyini təmin etmək səylərini müzakirə ediblər.
BAKI, 26 aprel — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətində Mariupolda hərbi əməliyyatların getmədiyini qeyd edib. Putin Rəcəb Tayyib Ərdoğana Mariupoldakı vəziyyətlə bağlı məlumat verib və qeyd edib ki, bu şəhər azad edilib, orada heç bir hərbi əməliyyat aparılmır.
Bundan başqa, Rusiya və Türkiyə prezidentləri Ukraynadakı vəziyyəti və Rusiyanın mülki şəxslərin təhlükəsizliyini təmin etmək, o cümlədən humanitar dəhlizlərin təşkili istiqamətində səylərini müzakirə ediblər.
"Ukraynadakı vəziyyət Donbasın müdafiəsi üzrə xüsusi hərbi əməliyyat və Rusiya tərəfinin mülki əhalinin təhlükəsizliyini təmin etmək, o cümlədən humanitar dəhlizlərin təşkili istiqamətində davam edən səyləri kontekstində ətraflı müzakirələr aparılıb edilib", - deyə Kremlin məlumatında bildirilir.
Liderlər Rusiya tərəfinin təşkil etdiyi humanitar humanitar dəhliz boyunca Qara dəniz limanlarından türk gəmilərinin təhlükəsiz şəkildə çıxarılması üçün iki ölkənin müdafiə nazirlikləri arasında koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.
"İkitərəfli əlaqələrin, o cümlədən hava nəqliyyatı və turizm sahəsində inkişaf məsələləri nəzərdən keçirilib. Ticarət-iqtisadi əməkdaşlığın artımından xüsusi məmnunluq ifadə olunub. Mütəmadi dialoqun davam etdirilməsi razılaşdırılıb", - məlumatda deyilir.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.