DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Qara dənizə 10 milyard dollar investisiya qoyacaq

© AFP 2023 / HAIDAR MOHAMMED ALIQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.04.2022
Abunə olmaq
"Sabah" nəşri yazır ki, Milli axtarış donanması tərəfindən müəyyən edilən böyük həcmdə qaz ehtiyatları 2023-cü ildən istifadəyə veriləcək.
BAKI, 21 aprel — Sputnik. Qara dəniz qazı üçün super təşviq planı var. Bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb. Türkiyə milli kəşfiyyat donanması tərəfindən müəyyən edilən 540 milyard kubmetr təbii qazın 2023-cü ildə istifadəyə verilməsi gözlənilir. Super təşviq çərçivəsində Qara dəniz qazına ediləcək investisiya üçün bir sıra mühüm qərarlar qəbul ediləcək. Sonuncu xəbərin təfərrüatları budur...
Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi Berat Albayrakın dövründə inventarına əlavə etdiyi qazma gəmiləri ilə Qara dənizdə tarixə imza atıb. Milli axtarış donanması tərəfindən 540 milyard kubmetr təbii qaz ehtiyatı müəyyən edilib. Bu gün Türkiyə qazma gəmiləri donanmasını genişləndirir. Bu baxımdan Qara dəniz qazına qoyulacaq investisiyaya super təşviq tətbiq olunacaq.
Nəşrin yazdığına görə, Türkiyə Qara dənizdə 540 milyard kubmetr qazın hasilatı və nəqlinə təxminən on milyard dollar sərmayə qoyacaq.
Xatırladaq ki, ötən ilin dekabrın 22-də Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən, Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb.
Cari ilin yanvar-noyabr aylarında ölkədə 39,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,1 milyard kubmetri AÇG-dən, 20,4 milyard kubmetri "Şahdəniz"dən, 7,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 17,8 faiz, yəni 6 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 16,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,8 faiz çoxdur.
Cari ilin yanvar-noyabr aylarında Türkiyəyə təqribən 7,7 milyard kubmetr, Avropaya təqribən 7,3 milyard kubmetr, Gürcüstana isə 1,8 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 92 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetrdən çox qaz nəql olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0