https://sputnik.az/20220426/bayramov-amerikalilarla-ermenistanla-munasibetlerin-normallasdirilmasini-muzakire-edib-441464868.html
Bayramov amerikalılarla Ermənistanla münasibətlərin normallaşdırılmasını müzakirə edib
Bayramov amerikalılarla Ermənistanla münasibətlərin normallaşdırılmasını müzakirə edib
Sputnik Azərbaycan
Azərbaycanın XİN başçısı ABŞ dövlət katibinin Qafqaz üzrə köməkçisinin müavini ilə görüşdə regionda sülhün yaradılması istiqamətində atılan addımlardan bəhs... 26.04.2022, Sputnik Azərbaycan
2022-04-26T20:37+0400
2022-04-26T20:37+0400
2022-04-26T20:37+0400
ceyhun bayramov
azərbaycan xəbərləri
azərbaycan xin
abş dövlət departamenti
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441464834_0:80:1279:799_1920x0_80_0_0_8837415da2604d052bf98f48c6ea5aaa.jpg
BAKI, 26 aprel — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.Xarici İşlər Nazirliyi xəbər verir ki, görüşdə, həmçinin ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer də iştirak edib.ABŞ rəsmisi ölkəsinin bölgədəki səfirlərinin Bakıda görüşünün keçirilməsi ilə bağlı nümayiş etdirilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.Görüşdə tərəflər ikitərəfli münasibətlərin inkişafı, habelə bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparıblar.Ceyhun Bayramov postmünaqişə mərhələsində iki ölkə arasında normallaşma, o cümlədən gələcək sülh müqaviləsinin işlənib hazırlanması, sərhədin delimitasiyası, bölgədə bütün kommunikasiya xətlərinin açılması və etimad quruculuq tədbirləri istiqamətlərində atılan addımlar barədə məlumat verib.Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi və Azərbaycanın öz növbəsində qeyd olunan bütün istiqamətlər üzrə irəliləməyə hazır olduğu vurğulanıb.Görüşdə həmçinin Ukraynadakı vəziyyət, qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220413/ceyhun-bayramov-ermeni-hemkari-ile-sohbeti-barede-pesekar-ve-konstruktiv-mecrada-kecdi-441059593.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441464834_110:0:1279:877_1920x0_80_0_0_1e40d0212e1dc9c824939abee4d1c9da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, azərbaycan xin, abş dövlət departamenti
ceyhun bayramov, azərbaycan xin, abş dövlət departamenti
Bayramov amerikalılarla Ermənistanla münasibətlərin normallaşdırılmasını müzakirə edib
Azərbaycanın XİN başçısı ABŞ dövlət katibinin Qafqaz üzrə köməkçisinin müavini ilə görüşdə regionda sülhün yaradılması istiqamətində atılan addımlardan bəhs edib.
BAKI, 26 aprel — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.
Xarici İşlər Nazirliyi xəbər verir ki, görüşdə, həmçinin ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer də iştirak edib.
ABŞ rəsmisi ölkəsinin bölgədəki səfirlərinin Bakıda görüşünün keçirilməsi ilə bağlı nümayiş etdirilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.
Görüşdə tərəflər ikitərəfli münasibətlərin inkişafı, habelə bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov postmünaqişə mərhələsində iki ölkə arasında normallaşma, o cümlədən gələcək sülh müqaviləsinin işlənib hazırlanması, sərhədin delimitasiyası, bölgədə bütün kommunikasiya xətlərinin açılması və etimad quruculuq tədbirləri istiqamətlərində atılan addımlar barədə məlumat verib.
Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi və Azərbaycanın öz növbəsində qeyd olunan bütün istiqamətlər üzrə irəliləməyə hazır olduğu vurğulanıb.
Görüşdə həmçinin Ukraynadakı vəziyyət, qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.