https://sputnik.az/20220413/ceyhun-bayramov-ermeni-hemkari-ile-sohbeti-barede-pesekar-ve-konstruktiv-mecrada-kecdi-441059593.html
Ceyhun Bayramov erməni həmkarı ilə söhbəti barədə: "Peşəkar və konstruktiv məcrada keçdi"
Ceyhun Bayramov erməni həmkarı ilə söhbəti barədə: "Peşəkar və konstruktiv məcrada keçdi"
Sputnik Azərbaycan
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, erməni həmkarı ilə telefon danışığı zamanı Aİ, Azərbaycan və Ermənistan liderlərinin razılaşmasının... 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T13:15+0400
2022-04-13T13:15+0400
2022-04-13T13:15+0400
ceyhun bayramov
siyasət
ararat mirzoyan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/13/438328536_0:0:3077:1731_1920x0_80_0_0_28d6f8369d0a3efaae1cfac6f3f69f34.jpg
BAKI, 13 aprel — Sputnik. Azərbaycanın təklif etdiyi beş əsas prinsipin Ermənistanın qəbul etməsini ilk və mühüm addım hesab edirik.Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.O xatırladıb ki, son illər Azərbaycan Ermənistanı münasibətləri normallaşdırmağa çağırır və bu istiqamətdə səy göstərir: "Bununla bağlı Azərbaycan beynəlxalq hüquqa əsaslanan və həyata keçirilməsi Ermənistan üçün də faydalı olan beş əsas prinsip təklif edib".Ceyhun Bayramov Ermənistan-Azərbaycan münasibətlərində növbəti günlərdə hansı yeniliklərin gözlənildiyinə də aydınlıq gətirib.Nazir, yaxın günlərdə, yaxın həftələrdə bu proseslə bağlı hansısa nəticə gözləmədiklərini vurğulayıb: "Təbii ki, prosesin nəticələri olacaq, növbəti addımlar atılacaq. Azərbaycan tərəfi öz xoş niyyətini ortaya qoyub və bunu tək sözdə yox, əməldə də nümayiş etdirir. Qarşı tərəfin də müsbət addımlarını gördüyümüz zaman bu, baş verəcək".Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı barədə də açıqlama verib. O, danışıqların peşəkar və konstruktiv məcrada keçdiyini qeyd edib.O qeyd edib ki, erməni həmkarı ilə telefon danışığı zamanı Aİ, Azərbaycan və Ermənistan liderlərinin razılaşmasının davamı olaraq praktiki addımlar müzakirə olunub. Nazir xatırladıb ki, qarşıda sülh müqaviləsi üzrə, eyni zamanda, sərhədlərin delimitasiya prosesi və humanitar məsələlərlə bağlı çağırışlar durur."Həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupların formalaşdırılması barədə danışarkən onun formatı, səviyyəsi və uyğunluğu baxımından prinsiplər gözlənilməlidir", - XİN başçısı vurğulayıb.Ceyhun Bayramov onu da qeyd edib ki, Azərbaycan tərəfi müsbət addımlar atır və qarşı tərəfdən də bunu gözləyir.Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə bu məsələ müzakirə edilib və tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/13/438328536_189:0:2918:2047_1920x0_80_0_0_28749e10f745866ec54d254e062660ea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, ararat mirzoyan, ermənistan
ceyhun bayramov, ararat mirzoyan, ermənistan
Ceyhun Bayramov erməni həmkarı ilə söhbəti barədə: "Peşəkar və konstruktiv məcrada keçdi"
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, erməni həmkarı ilə telefon danışığı zamanı Aİ, Azərbaycan və Ermənistan liderlərinin razılaşmasının davamı olaraq praktiki addımlar müzakirə olunub.
BAKI, 13 aprel — Sputnik. Azərbaycanın təklif etdiyi beş əsas prinsipin Ermənistanın qəbul etməsini ilk və mühüm addım hesab edirik.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, son illər Azərbaycan Ermənistanı münasibətləri normallaşdırmağa çağırır və bu istiqamətdə səy göstərir: "Bununla bağlı Azərbaycan beynəlxalq hüquqa əsaslanan və həyata keçirilməsi Ermənistan üçün də faydalı olan beş əsas prinsip təklif edib".
Ceyhun Bayramov Ermənistan-Azərbaycan münasibətlərində növbəti günlərdə hansı yeniliklərin gözlənildiyinə də aydınlıq gətirib.
Nazir, yaxın günlərdə, yaxın həftələrdə bu proseslə bağlı hansısa nəticə gözləmədiklərini vurğulayıb: "Təbii ki, prosesin nəticələri olacaq, növbəti addımlar atılacaq. Azərbaycan tərəfi öz xoş niyyətini ortaya qoyub və bunu tək sözdə yox, əməldə də nümayiş etdirir. Qarşı tərəfin də müsbət addımlarını gördüyümüz zaman bu, baş verəcək".
Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı barədə də açıqlama verib. O, danışıqların peşəkar və konstruktiv məcrada keçdiyini qeyd edib.
O qeyd edib ki, erməni həmkarı ilə telefon danışığı zamanı Aİ, Azərbaycan və Ermənistan liderlərinin razılaşmasının davamı olaraq praktiki addımlar müzakirə olunub. Nazir xatırladıb ki, qarşıda sülh müqaviləsi üzrə, eyni zamanda, sərhədlərin delimitasiya prosesi və humanitar məsələlərlə bağlı çağırışlar durur.
"Həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupların formalaşdırılması barədə danışarkən onun formatı, səviyyəsi və uyğunluğu baxımından prinsiplər gözlənilməlidir", - XİN başçısı vurğulayıb.
Ceyhun Bayramov onu da qeyd edib ki, Azərbaycan tərəfi müsbət addımlar atır və qarşı tərəfdən də bunu gözləyir.
Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə bu məsələ müzakirə edilib və tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.