NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti kəskin ucuzlaşıb

© Sputnik / Murad Orudjevneft
neft - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Son vaxtlar dünyada neftin qiymətlərində ucuzlaşma müşahidə edilməkdədir.
BAKI, 26 aprel — Sputnik. Azərbaycan nefti kəskin ucuzlaşıb.
"Azeri Light" markalı neftin qiyməti 7,57 ABŞ dolları və ya 6,9% azalaraq, 102,1 dollar təşkil edib.
London birjasında "Brent" markalı neftin qiyməti 1,38 dollar artaraq 103,70 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,07 dollar bahalaşaraq 99,61 dollar olub.
Qeyd edək ki, son vaxtlar dünyada neftin qiymətlərində ucuzlaşma müşahidə edilir. Ən böyük neft idxalçısı Çində koronavirusa yoluxmanın artması səbəbindən neftə olan tələb azalıb. Bu gün isə nisbətən bahalaşma qeydə alınıb.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Neft sisternləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.04.2022
NEFT-QAZ
Azərbaycan nə qədər neft və qaz ixrac edib?
Xəbər lenti
0