https://sputnik.az/20220420/azerbaycan-ne-qeder-neft-ve-qaz-ixrac-edib-441251205.html
Azərbaycan nə qədər neft və qaz ixrac edib?
Azərbaycan nə qədər neft və qaz ixrac edib?
Sputnik Azərbaycan
Ölkə üzrə ümumilikdə 8,3 milyon tondan çox neft və 11,8 milyard kubmetr qaz hasil edilib. 20.04.2022, Sputnik Azərbaycan
2022-04-20T11:16+0400
2022-04-20T11:16+0400
2022-04-20T11:16+0400
neft
neft-qaz
ixrac
qaz
https://cdnn1.img.sputnik.az/img/42315/53/423155389_0:95:2937:1747_1920x0_80_0_0_8e5831398dc50441b35773604fcb2ea8.jpg
BAKI, 20 aprel — Sputnik. Bu ilin ilk rübündə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,9 milyon tondan çox neft, 1,9 milyard kubmetrdən çox qaz hasil olunub.Neft və qaz hasilatında əvvəlki illə müqayisədə qismən artım qeydə alınıb.Ölkə üzrə ümumilikdə 8,3 milyon tondan çox neft və 11,8 milyard kubmetr qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 13,5 faiz artıb.SOCAR qazma üzrə artıma nail olubBu ilin birinci rübündə SOCAR qazma üzrə artıma nail olub. Şirkət tərəfindən 18 min metrdən artıq qazma işləri həyata keçirilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.Gürcüstana ixrac edilən qaz 50,6 faiz artıbSOCAR tərəfindən cari ilin yanvar-mart aylarında dünya bazarına 4,1 milyon tona yaxın xam neft, Gürcüstan bazarına isə 770 milyon kubmetr təbii qaz ixrac olunub.SOCAR-ın Gürcüstana ixrac etdiyi qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 50,6 faiz artıb.Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də ixrac edir.Ümumilikdə isə ölkə üzrə 6,7 milyon tona yaxın neft, 5,9 milyard kubmetr qaz ixrac edilib. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 14,7 faiz artım qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220419/azerbaycanin-neft-ixraci-hecm-ve-olkeler-441237170.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42315/53/423155389_208:0:2937:2047_1920x0_80_0_0_12f3e7f9e3fcf5e273180f16285598dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, ixrac, qaz
Azərbaycan nə qədər neft və qaz ixrac edib?
Ölkə üzrə ümumilikdə 8,3 milyon tondan çox neft və 11,8 milyard kubmetr qaz hasil edilib.
BAKI, 20 aprel — Sputnik. Bu ilin ilk rübündə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,9 milyon tondan çox neft, 1,9 milyard kubmetrdən çox qaz hasil olunub.
Neft və qaz hasilatında əvvəlki illə müqayisədə qismən artım qeydə alınıb.
Ölkə üzrə ümumilikdə 8,3 milyon tondan çox neft və 11,8 milyard kubmetr qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 13,5 faiz artıb.
SOCAR qazma üzrə artıma nail olub
Bu ilin birinci rübündə SOCAR qazma üzrə artıma nail olub. Şirkət tərəfindən 18 min metrdən artıq qazma işləri həyata keçirilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
Gürcüstana ixrac edilən qaz 50,6 faiz artıb
SOCAR tərəfindən cari ilin yanvar-mart aylarında dünya bazarına 4,1 milyon tona yaxın xam neft, Gürcüstan bazarına isə 770 milyon kubmetr təbii qaz ixrac olunub.
SOCAR-ın Gürcüstana ixrac etdiyi qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 50,6 faiz artıb.
Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də ixrac edir.
Ümumilikdə isə ölkə üzrə 6,7 milyon tona yaxın neft, 5,9 milyard kubmetr qaz ixrac edilib. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 14,7 faiz artım qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.