https://sputnik.az/20220425/moskva-baki-ile-yerevan-arasinda-danisiqlara-komek-edir----rusiyali-diplomat-441402302.html
Moskva Bakı ilə Yerevan arasında danışıqlara kömək edir - Rusiyalı diplomat
Moskva Bakı ilə Yerevan arasında danışıqlara kömək edir - Rusiyalı diplomat
Sputnik Azərbaycan
Rusiya XİN-in diplomatı bildirib ki, üçtərəfli sazişlərin icrası çərçivəsində regionda iqtisadi və nəqliyyat əlaqələrinin reallaşdırılması kimi bir sıra... 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T12:16+0400
2022-04-25T12:16+0400
2022-04-25T12:16+0400
moskva
azərbaycan xəbərləri
azərbaycan
sülh sazişi
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071537_0:186:2980:1862_1920x0_80_0_0_0a6ffd2466466fb1dab944bb70bd8e1d.jpg
BAKI, 25 aprel — Sputnik. Moskva Bakı ilə Yerevan arasında sülh müqaviləsi üzrə danışıqlara kömək edir, tərəflər arasında etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq əzmindədir. Bunu Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar "RİA Novosti"yə müsahibəsində bildirib."Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasına kömək edirik. Rusiya tərəfi ümumi dil tapmaq, etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq üçün Bakıya və Yerevana hər cür köməyə davam etməkdə qərarlıdır. Eyni zamanda, biz üçüncü ölkələrin üçtərəfli səylərimizi tamamlaya biləcək və məntiqi geosiyasi oyunlara əsaslanmayan təşəbbüslərini alqışlayırıq”. O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin icrası çərçivəsində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonradan demarkasiyası prosesinin başlanması da daxil olmaqla, regionda iqtisadi və nəqliyyat əlaqələrinin reallaşdırılması kimi bir sıra vəzifələr həll olunur."Xüsusən, sərhədin delimitasiyası üzrə ikitərəfli Komissiyaya məsləhətçi yardım göstərməyə, lazımi kartoqrafik materialları təqdim etməyə hazırıq. Biz Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində nəqliyyat infrastrukturunun bərpası və inkişafı üzrə konkret layihələrlə bağlı çalışırıq”, - Qonçar qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220422/zaxarova-azerbaycanla-ermenistan-arasinda-sulh-muqavilesine-tohfe-vermek-ezminindeyik-441316578.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071537_125:0:2856:2048_1920x0_80_0_0_e405e67f79b2a5047b2d7ba1bcf3a04e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
moskva, azərbaycan, sülh sazişi
moskva, azərbaycan, sülh sazişi
Moskva Bakı ilə Yerevan arasında danışıqlara kömək edir - Rusiyalı diplomat
Rusiya XİN-in diplomatı bildirib ki, üçtərəfli sazişlərin icrası çərçivəsində regionda iqtisadi və nəqliyyat əlaqələrinin reallaşdırılması kimi bir sıra vəzifələr həll olunur.
BAKI, 25 aprel — Sputnik. Moskva Bakı ilə Yerevan arasında sülh müqaviləsi üzrə danışıqlara kömək edir, tərəflər arasında etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq əzmindədir. Bunu Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar "RİA Novosti"yə müsahibəsində bildirib.
"Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasına kömək edirik. Rusiya tərəfi ümumi dil tapmaq, etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq üçün Bakıya və Yerevana hər cür köməyə davam etməkdə qərarlıdır. Eyni zamanda, biz üçüncü ölkələrin üçtərəfli səylərimizi tamamlaya biləcək və məntiqi geosiyasi oyunlara əsaslanmayan təşəbbüslərini alqışlayırıq”.
O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin icrası çərçivəsində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonradan demarkasiyası prosesinin başlanması da daxil olmaqla, regionda iqtisadi və nəqliyyat əlaqələrinin reallaşdırılması kimi bir sıra vəzifələr həll olunur.
"Xüsusən, sərhədin delimitasiyası üzrə ikitərəfli Komissiyaya məsləhətçi yardım göstərməyə, lazımi kartoqrafik materialları təqdim etməyə hazırıq. Biz Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində nəqliyyat infrastrukturunun bərpası və inkişafı üzrə konkret layihələrlə bağlı çalışırıq”, - Qonçar qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.